Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 iyun, AZƏRTAC
Nüvə silahına malik doqquz dövlət 2025-ci ildə nüvə arsenallarının modernləşdirilməsi və genişləndirilməsi proqramlarını davam etdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilir.
SIPRI-nin məlumatına görə, 2026-cı ilin yanvarına dünyada 12 min 187 nüvə döyüş başlığı mövcud olub. Onlardan 9 min 745-i ehtiyatda saxlanılıb, təxminən 4 min 12-si isə raketlərə və hərbi təyyarələrə yerləşdirilib. Yüksək döyüş hazırlığında olan başlıqların əksəriyyəti Rusiya və ABŞ-yə məxsusdur.
Hesabatda qeyd edilir ki, soyuq müharibədən sonra qlobal nüvə ehtiyatlarının azalması tendensiyası yaxın illərdə dəyişə bilər. Bunun əsas səbəbi yeni nüvə silahlarının yerləşdirilməsinin sürətlənməsi və köhnə sistemlərin ləğvi tempinin zəifləməsidir.
SIPRI bildirir ki, Rusiya və ABŞ birlikdə dünyadakı istifadəyə yararlı nüvə döyüş başlıqlarının təxminən 83 faizinə sahibdir. Hər iki ölkədə arsenalların həcmi 2025-ci ildə nisbətən sabit qalsa da, genişmiqyaslı modernləşdirmə proqramları davam edir.
İnstitutun hesablamalarına görə, Çin təxminən 620 nüvə döyüş başlığına malikdir və arsenalını ən sürətlə genişləndirən ölkədir. Hindistan və Pakistan da nüvə imkanlarını artırır, Şimali Koreya isə nüvə proqramını inkişaf etdirməyə davam edir.
Hesabatda Böyük Britaniya, Fransa və İsrailin də nüvə qüvvələrinin modernləşdirilməsi istiqamətində addımlar atdığı vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 İyun 2026 05:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















