Icma.az
close
up
RU
Hesabı açılmamış düşüncələr TƏƏSSÜRAT

Hesabı açılmamış düşüncələr TƏƏSSÜRAT

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

…söhbətimizi davam etdirək. Vilnüsdən Kaunasa qayıdanda barmaqlarım klavişi, “dünya bu bahalaşma ilə hara gedir” sualı da fikrimi döyəcləyirdi. Bəlkə də son sənaye inqilabından sonra işçi sinfi üçün “bu qədər varlığın içində yoxluq” anlamında ən pis dönəmdir. Hər yerdə bahalaşma…

***

Avtobus Kaunasa yol alanda Vilnüs avtovağzalında aldığım alkoqolsuz “Volfas Engelman” pivəsini qurtumladım. Qeyri-ixtiyari Engelsin adı assosasiya yaratdı…

***

Necə ki, bu pivə içmə imitasiyadır. Özünü bu sarsaq kapitalizmdə yad hiss edən birinin rəvan yaşaması da eləcə. Bircə 2013-dən tərgitdiyim siqareti də imitasiya etmək olsaydı…

***

Melanxolik əhval yaradan təbiət mənzərələri bir-birini əvəz etdikcə qulaqcığımda Mohsen Namjoo “Nobahar”ı, “Ay Sareban”ı, “Magnetism”i və s. sıralanır.

***

Vilnüsdən bir qarış kənarda, tarixi sərgiləyən Trakaini keçəndə elə bilirəm bu adı Karpat dağlarından Van Helsinqin sədasıyla eşidirəm.

***

Təbiət, relyef, iqlim, ətrafda hər şey yad olsa da, insanların cizgiləri, emosiyaları sanki bizimkiylə eynidir. Yəqin bu sovetdənqalma eyniliklərdir. İzlər itmir ki…

***

Kaunasa çatanda Litvaya qədəm qoyandan qonaqpərvərliyini göstərmiş Rusiflə nəhayət, görüşdüm.

Atası əslən Lerikdən, anası litvalıdır. Burda doğulub, təhsil alıb, buralı xanımla evlənib, ancaq azərbaycanlılığından bir qram əskilməyib.

Deyir, uşaqlıqda hər yay Azərbaycana gəldiyi üçün dilimizi unutmayıb. Bu dəfə ana dili yox, ata dili qalibdir:

– 3 ay yay tətillərini Azərbaycanda, daha çox Lerikdə olurdum. Ona görə talışca da öyrənmişdim.
– ⁠Yadında qalıb?
– ⁠Tam danışa bilirəm.

Litvada doğulub böyüyən Rusifin Azərbaycana aidliyi təkcə atası olub. Aidiyyətliyin möhkəmliyinə bax…

– Övladlarım da azərbaycanca bilir, daha yaxşı öyrənmələrinə çalışıram.

Qəriblikdə identikliyin itməməsi mövzu kimi maraqlı gəldiyi üçün Rusiflə müsahibə vədələşdik. Daha geniş söhbətimizi birisigün izləyə bilərsiniz.

***

Kaunas bizdə qaymağı, xaması, ağartı məhsullarıyla məşhurdur. Amma biz bura “ağ eləməyə” gəlməmişik. Ədəbiyyatı kənara qoyub, xatırlatmaq istəyirəm: axşam Millətlər Liqasında ilk matça çıxacağıq. Litva ən ciddi sınaqdır və burada minimum heç-heçəyə nail olmalıyıq.

Mahirin mikrozədəsi də problem yaratmayıb, optimal heyət hazırdır.

Basketbol ölkəsi üçün futbol matçına 10 minə yaxın biletin satılması ciddi məsələdir. Qarşı tərəfin iddiası varsa, bizim nəyimiz var?…

Çıxın, göstərin!

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Sentyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri