Hesablama Palatası 2027 ci ilin dövlət büdcəsinə rəy verdi
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Hesablama Palatası "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəy verib.
Modern.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda ilk olaraq büdcə layihəsinə Rəy müzakirə edilib. Qeyd olunub ki, Rəy dövlət büdcəsi haqqında Qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğunun, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir.
Kollegiya iclasında Rəydə təqdim olunan əsas nəticələr və tövsiyələr ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Yekunda Rəyin təsdiq olunaraq Milli Məclisə təqdim edilməsi barədə qərar qəbul edilib.
Daha sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub. Həmin Rəy üzrə aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr Kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb. Yekunda Rəyin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi ilə bağlı qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 Noyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















