Hesablama Palatası 2026 cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Hesablama Palatasından BAKU.WS-ə verilən xəbərə görə, iclasda ilk olaraq Azərbaycanın 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.
Bildirilib ki, Rəy 2026-cı il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə təqdim olunan aidiyyəti sənədlərin qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.
Müzakirələr zamanı Rəydə əksini tapan əsas məqamlar, aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq Rəyin təsdiq edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.
Daha sonra iclasda "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyləri müzakirə olunub.
Kollegiya üzvləri Rəylərdə əhatə olunan əsas məsələləri, aparılmış təhlillərin nəticələrini və irəli sürülən tövsiyələri nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində Rəylərin təsdiqlənərək Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:52
Baxış sayı:52 Bu xəbər 31 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















