Hesablama Palatası: Azərbaycan bu il 29 milyon tondan çox neft hasil edəcək
Bu il Azərbaycanda neft hasilatı 29,2 milyon ton təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 3 % azalma deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı ötən ilin eyni dövrünə nisbətən 3,7 % az - 24,15 milyon ton təşkil edib.
Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 7,5 % az - 30,2 milyon ton neft hasil edilib.
![see](https://icma.az/template/assets/see.png)