Icma.az
close
up
RU
Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb AZƏRTAC

Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 yanvar, AZƏRTAC

Hesablama Palatası “Bakı Metropoliteni” QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlayıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, Azәrbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün İş Planına uyğun olaraq “Bakı Metropoliteni” QSC-dә 2022-2023-cü illәrdә dövlәt vәsaitlәrinin vә әmlakının istifadә vә idarә olunmasının auditi 2024-cü ilin may-iyun aylarında hәyata keçirilib vә ümumilikdә dövlәt büdcәsindәn ayrılan 240,1 milyon manat vәsait әhatә edilib.

Auditin nәticәlәri әsasәn aşağıdakılardan ibarәt olub:

- Bakı Metropoliteninin ictimai nәqliyyatda oynadığı әvәzsiz rolu vә müasir infrastrukturun inkişaf tempi nәzәrә alınaraq, Bakı şәhәrindә sәrnişin nәqliyyatı sistemini tәkmillәşdirmәk vә nәqliyyatın hәrәkәtinin gәrginliyini azaltmaq mәqsәdilә Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn “Bakı Metropoliteninin perspektiv inkişafı ilә bağlı bәzi tәdbirlәr haqqında” 10.11.2008-ci il tarixli Sәrәncam imzalanıb. Sәrәncama әsasәn, ixtisaslaşmış yerli vә xarici şirkәtlәrin iştirakı ilә әhalinin mәskunlaşma coğrafiyası, hәmçinin digәr nәqliyyat vasitәlәri ilә әlaqәlәndirilmә imkanları nәzәrә alınmaqla, Bakı şәhәrinin yeraltı nәqliyyat şәbәkәsinin 20 illik Dövlәt Proqramının hazırlanması tapşırığı verilib. “Bakı Metropoliteninin perspektiv inkişafı ilә bağlı әlavә tәdbirlәr haqqında” Azәrbaycan Respublikasının Prezidentinin 18.03.2011-ci il tarixli 1408 saylı Sәrәncamı ilә Bakı metropoliteninin mövcud şәbәkәsinin 2030-cu ilәdәk olan müddәtdә mәrhәlәlәrlә genişlәndirilmәsini vә nәhәng metro şәbәkәsinin yaradılmasını nәzәrdә tutan “Bakı Metropoliteni Xәtlәrinin Konseptual İnkişaf Sxemi” vә “Bakı Metropoliteninin 2011-2015-ci illәrdә inkişafına dair Dövlәt Proqramı” tәsdiq edilib. Cari ilin әvvәlinә olan hesabat mәlumatlarına әsasәn, "Bakı Metropoliteninin 2011-2015-ci illәrdә inkişafına dair Dövlәt Proqramı"nın hәyata keçirilmәsi üçün Tәdbirlәr Planında nәzәrdә tutulmuş 23 tәdbirdәn 10 tәdbir üzrә işlәr başa çatdırılıb, 13 tәdbir üzrә işlәr qismәn yerinә yetirilib.

- Dövlәt büdcәsindәn bu istiqamәtdә ayrılan subsidiyanın mahiyyәtinin qiymәti tәnzimlәnәn metropolitenlә sәrnişindaşıma xidmәtlәrinin göstәrilmәsindәn yaranan zәrәrin tam vә ya qismәn qarşılanmasından ibarәt olması nәzәrә alınmayaraq әmәkhaqqı, icbari sosial ayırmalar, kommunal xidmәtlәr vә s. bu kimi xәrclәrin mәnbәyi qismindә sәnәdlәşdirilmәsi 2022-ci ildә әsas fәaliyyәt üzrә gәlirlәrin xәrclәri 13527,1 min manat üstәlәmәsi şәraitindә müvafiq vәsaitin investisiya xәrclәrinә (әsaslı tәmir, tikinti vә s.) yönәldilmәsi maliyyә inzibatçılığında ziddiyyәtli qәrarlara sәbәb olub.

- Sәrnişindaşıma fәaliyyәti üzrә subsidiyanın düzgün tәnzimlәnmәmәsi vә yaranan sәrbәst vәsaitlәrin yetәrli әsaslandırma olmadan muzdlu işçilәrә fәrdi mükafat adı ilә ödәnilmәsi, elәcә dә bunun birbaşa vә ya dolayısı ilә gәlirdәn çıxılan xәrclәrә aid edilmәsi sәrnişindaşınma xidmәtlәrinin maya dәyәrinin artırılması ilә nәticәlәnib.

- Layihәlәrin ilkin planlaşdırılması üzrә müvafiq texniki-iqtisadi әsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nәzәrdә tutulan vәsaitin Dövlәt İnvestisiya Proqramına ümumi adla daxil edilmәsi icra prosesindә hәmin vәsaitin bir hissәsinin istismar tipli xәrclәrә yönәldilmәsinә, layihәlәrin icrası prosesindә smeta vә müqavilәlәrdә aparılan dәyişikliklәr keçid layihәlәrin uzun müddәt davam etmәsinә şәrait yaradıb.

- “Bakı Metropoliteni”nin tikinti obyektlәri üzrә “Yerinә yetirilmiş işlәrin qәbulu Aktı” ilә rәsmilәşdirilmiş 559,7 min manat dәyәrindә işlәrә dair tәrtib edilmiş smeta sәnәdlәri (işlәrin icrası zamanı iş hәcmlәrinә edilmiş dәyişikliklәr) ekspertizadan keçirilmәyib, 712,9 min manat dәyәrindә işlәrin tikinti norma vә qaydalarının tәlәblәri gözlәnilmәyәrәk smeta sәnәdlәrinә daxil edilmiş xidmәtlәr “tikintinin tәşkili layihәsi”ndә әks etdirilmәmiş vә layihә sәnәdlәrindә nәzәrdә tutulmayan 272,2 min manat dәyәrindә işlәr smeta sәnәdlәrinә daxil edilib.

- QSC tәrәfindәn dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinә riayәt olunmaqla yanaşı, çoxsaylı prosedur pozuntusuna yol verilmәsi, satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәrin bağlanılması, ehtimal dәyәrinin müәyyәn edilmәmәsi rәqabәt mühitinin pozulması ilә yanaşı dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, habelә tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqların olması isә uzunmüddәtli debitor borcun yaranmasına, müqavilә öhdәliklәrinin gecikdirilmәsinә vә ya icra edilmәmәsinә, vaxtında icra edilmәyәn müqavilәlәr üzrә cәrimәlәrin tәtbiq edilmәmәsinә sәbәb olub.

- Audit zamanı bәzi hallarda mövcud resursların real dәyәrlәndirilmәsi aparılmadan ehtiyacların qiymәtlәndirildiyi müәyyәn olunmuşdur ki, bu da bir tәrәfdәn әlavә dövlәt vәsaitinin istifadәsinә, digәr bir tәrәfdәn isә aktivlәrin uzun müddәt istifadәsiz saxlanılmasına şәrait yaradıb.

- 2022-2023-cü illәrdә QSC-nin sәlahiyyәtlәrinә aid olan vәzifә vә öhdәliklәrin xәrclәrdә azalma aparılmadan bәzi hallarda paralel olaraq kәnar hüquqi vә fiziki şәxslәrә hәvalә edilmәsi, habelә hәmin xidmәtlәrin dәyәrinin әsaslandırma olmadan artırılması kimi hallar QSC-nin xәrclәrindә sәmәrәsiz vә qәnaәt edilmәyәn vәsait kimi qiymәtlәndirilib.

- QSC-nin 2021-ci vә 2022-ci il maliyyә hesabatlarının tәrtibi üçün müvafiq auditor şirkәtlәri ilә müqavilәlәrin bağlanılmasına baxmayaraq öhdәliklәrin icraçılar tәrәfindәn audit dövrünün sonunadәk icra edilmәmәsi, bәzi hallarda ehtiyatların vә digәr aktivlәrin aidiyyәti üzrə mәdaxil edilmәdәn istifadәyә verilmәsi maliyyә hesabatlılığında şәffaflığın tam tәmin edilmәmәsini, daxili nәzarәt vә uçot siyasәtinin subyektin inkişaf strategiyasına uyğunsuzluğunu әks etdirmәklә maliyyә resurslarının idarәedilmәsi vә inzibatçılığında çevik maliyyә qәrarlarının qәbul edilmәsinә mәnfi tәsiri şәrtlәndirib.

Hesablama Palatasının kollegiyası әsassız olaraq xәrcә silinmiş 13,6 min manat debitor borcun mühasibat yazılışı verilәrәk uçota bәrpa olunmasının, habelә QSC-nin birlәşmiş emalatxanaları tәrәfindәn istehsal olunmuş müxtәlif әsas vәsaitlәr üzrә 3215,5 min manat mәblәğindә xәrclәrin mühasibat yazılışı verilәrәk kapitallaşma xәrclәrinә aid edilmәsinin nәzәrә alınması, audit әhatә etdiyi dövrdә istismar xәrclәrindәn ödәnilmiş vә geri qaytarılması tәmin edilmәyәn 5724,2 min manat vәsaitin istismar xәrclәri üzrә hesablaşma hesabına qaytarılması, әsaslı vәsait qoyuluşu xәrclәri hesabına icra olunan iki layihә üzrә yol verilmiş artıq xәrclәrin icra prosesindә (layihәlәrin davam etdiyi nәzәrә alınaraq) azaldılması barәdә qәrar qәbul edib.

Hәmçinin auditlә әhatә olunan iki obyekt üzrә yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikinti-quraşdırma vә abadlaşdırma işlәrinin hәcm vә dәyәrinin müvafiq layihә-smeta sәnәdlәrindәn artıq (o cümlәdәn, fәrqli) olmasının müәyyәnlәşdirildiyi nәzәrә alınmaqla digәr obyektlәrin dә bu predmet üzrә daxili nәzarәt qaydasında әhatә olunması, layihә-smeta sәnәdlәrindәn kәnar qaydada yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikinti-quraşdırma işlәrinin faktiki dәyәrinә әsaslanmaqla layihә-smeta sәnәdlәrinә müvafiq düzәlişlәrin edilmәsi üçün sәlahiyyәtli dövlәt qurumlarına müraciәt edilmәsi vә nәticәdәn asılı olaraq qanunvericiliyә uyğun tәdbirlәrin hәyata keçirilmәsi vә aidiyyәti Dövlәt Proqramının Tәdbirlәr Planı üzrә qismәn yerinә yetirilmiş işlәrin başa çatdırılması üçün müvafiq tәdbirlәrin görülmәsi barәdә tәkliflәr irәli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri