Icma.az
close
up
RU
Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir Xəbər saytı Son xəbərlər və Hadisələr

Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.

BAKU.WS xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, Palata "Büdcə sistemi haqqında" qanunun tələbinə uyğun olaraq Fondun funksional, o cümlədən investisiya üzrə maliyyə fəaliyyətini əks etdirəcək hesabatlılığın hazırlanaraq qəbul edilməsini, aidiyyatı üzrə təqdim ediləcək məlumatın vahidliyini və şəffaflığını təminetmə baxımından zəruri hesab edir.

Fondun büdcə qanununda ilin sonuna qalan vəsaitin növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və investisiyaya yönəldilməsinə dair maddə nəzərdə tutulub ki, bu da həmin istiqamətdə fəaliyyətin tənzimlənməsinə dair hüquqi aktların ötən ilin II yarısından qüvvəyə minməsi, bu istiqamətdə fəaliyyətin təşkil olunması ilə bağlıdır. Ölkə Prezidentinin 17 aprel 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" ilə göstərilən istiqamətdə fəaliyyət tənzimlənir. Bu qaydalarla sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xərclərin uçotunun ayrıca aparıldığı göstərilib. Ümumilikdə Qaydalar investisiya fəaliyyətinin əsas istiqamətlərini tənzimləsə də, bu istiqamətdə göstəricilərin büdcə qanunlarında əks etdirilməsi məsələsi hüquqi aktlarla tənzimlənməyib. Bu isə, göstərilən sahədə fəaliyyətlə bağlı qanun layihəsində hər hansı göstəricinin əks olunmaması ilə nəticələnib.

"Əmək pensiyaları haqqında" qanunda 2017-ci ildə edilmiş dəyişikliklə "sosial sığorta ehtiyatı" anlayışı tətbiq edilməkdədir. Analoji yanaşmanın işsizlikdə sığorta sisteminə münasibətdə nəzərdə tutulmaması ilin sonuna istifadə olunmamış vəsaitin ehtiyat kimi deyil, sadəcə qalıq kimi nəzərə alınması ilə nəticələnir", - deyə Rəydə qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see256

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see133

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see129

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see127

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri