Hesablama Palatasının nümayəndə heyəti ARABOSAI Baş Assambleyasının 15 ci toplantısında iştirak edir
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hesablama Palatasının nümayəndə heyəti ARABOSAI Baş Assambleyasının 15-ci toplantısında iştirak edir
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyasında iştirak edir.
Toplantı ARABOSAI Prezidenti olan Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin sədrinin açılış nitqi ilə başlayıb. Sonra ARABOSAI-ın Baş Katibi və INTOSAI-ın sədri və digər qonaqlar çıxış ediblər.
Gündəlik təsdiq olunduqdan sonra Assambleya ARABOSAI qərarlarının icrası və görülən fəaliyyətlərə dair hesabatın təqdimatı ilə davam edib. Daha sonra İdarə Heyəti təşkilatın maliyyə vəziyyəti barədə hesabatı təqdim edib.
Toplantıda Strateji Planlaşdırma Komitəsinin hesabatı, eləcə də İş Planı və Maliyyə Proqramı müzakirə edilərək qəbul olunub.
Həmçinin ARABOSAI-ın növbəti İdarə Heyətinin yeni üzvləri seçilib.
Assambleya çərçivəsində “Ali Audit Orqanlarının Potensialının Artırılması üçün Strateji Yanaşmalar və Planlaşdırma: ISSAI 150-yə uyğun olaraq”, “Təlim Potensialının Gücləndirilməsinin İdarə Edilməsi və Təlimin Təsirinin Qiymətləndirilməsi” və "Ali Audit Orqanlarının əməkdaşlarının institusional potensialının inkişafı ilə bağlı uğurlu təcrübələri araşdırmaq" mövzuları üzrə təqdimatlar və müzakirələr keçirilib.
Qeyd edək ki, Hesablama Palatası ARABOSAI-ın 15-ci Baş Assambleyasında Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin rəhbərinin dəvəti ilə iştirak edir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Hesablama Palatasının nümayəndə heyəti Türkiyədə səfərdədir
30 İyun 2025 20:33
Hesablama Palatasının nümayəndə heyəti INTOSAI ın XXV Konqresində iştirak edir
29 Oktyabr 2025 16:46
Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti Türkiyədə səfərdə olub
18 Dekabr 2024 14:12
Hesablama Palatasının sədri təkliflər verdi
21 Noyabr 2024 12:35
Sədrdən Hesablama Palatasının iradlarına münasibət
28 Oktyabr 2025 17:02
Baxış sayı:21
Bu xəbər 03 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















