“Həşdi Şabi qanunu” təxirə salındı
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İraq Parlamenti şiə milis qüvvəsi olan “Həşdi Şabi”yə rəsmi institusional status verəcək qanun layihəsini səsverməyə çıxarmağa hazırlaşarkən, ABŞ hökuməti bu qanunun “İranın təsirini artıracağı” səbəbilə Bağdada xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, İraq Kürdüstan Regional İdarəsi (İKRB) və sünni partiyalar da parlamentdə müzakirələri boykot edərək layihənin bu yay keçiriləcək iclasların gündəminə daxil edilməsinə mane olublar.
Qeyd edək ki, “Həşdi Şabi” son illərdə İraqda həm siyasi, həm də hərbi baxımdan güclənən bir aktora çevrilib. Bu qanun qəbul edilərsə, təşkilatın dövlət strukturları içərisindəki mövqeyi daha da möhkəmlənə bilər.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:113
Bu xəbər 05 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















