Icma.az
close
up
RU
Həyat həqiqətlərini qələmə alan qazimiz...(VİDEO)

Həyat həqiqətlərini qələmə alan qazimiz...(VİDEO)

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Arif Məhərrəmovun qəhrəmanlıqlarla dolu mübarizə yolu heç zaman unudulmayacaq!

Azərbaycan hərbi xadimi, Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Çeçenistan Respublikasının Milli Qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatların iştirakçısı və Çeçenistanın azadlığı uğrunda mübariz, Cövərqala şəhərinin ilk Fəxri vətəndaşı, Arif Məhərrəmov yaşadığı tarixi məqamları qələmə alıb. O qeyd edib ki, yaşadığı tarixi məqamlar ona doğma olan vətənpərvər insanların diqqətinə çatdırmaq və gələcəkdə danışmaları üçün paylaşım edib.

Arif Məhərrəmov 20 Yanvar faciəsi zamanı və Qarabağ uğrunda gedən döyüşlərdə əsl vətənpərvərlik nümunəsi göstərib. Azərbaycanda Xalq hərəkatının vüsət aldığı zamalarda Arif Məhərrəmovun hərbi xidmətini yeni başa vurduğu illərə təsadüf edir. Məlumdur ki, o dövrün gəncləri bu yaşda karyera qurmaq haqqında düşündüyü halda xalq hərəkatına qoşularaq əlində olan bütün maddi imkanları bu yolda sərf etməklə başladı. O, vətən üçün ilk növbədə malından keçməyə əsla xəsislilk etmədi. Ermənilərlə ilk münaqişəsi də elə meydan hərəkatı dönəminə təsadüf edir. Gəlin Azərbaycanın qəhrəman oğlu Arif Məhərrəmovun həyatında yaşadığı tarixi məqamları nəzərdən keçirək:

“Mən hələ ki, sağam və mən sağ ikən məndən sonra da nə üçün - nə etdiyimi bilməklə, qəhrəmanlarını xatırlayaraq unutmadan yaşatsınlar. 1993, 1994 və 1995-ci illərdə Azərbaycanda qərəzlə süni ərzaq qıtlığının yaradılmasında, daxildə sıxıntılar əsasında xaosun yaradılması bizə qənim kəsilən üzdə görsənən düşmənlərin və əsasəndə düşmənlərimizə havadarlıq edənlərin indiki kimi fəailiyyətləri göz qabağındadır. Mən o hadisələr zamanı Vətənə-Xalqa növbəti xidmətim əsasında canlı olaraq tarixi məqamlar yaşamışam. O zaman Azərbaycanda qıtlığın yaranma ssenarisinin müəllifi xaricdən böyük imkan sahibləri ermənilər və sovet-rusiya KQB-si idi. Un məsələsi sadə məsələ deyildi və bir-iki günün məsələsi olmadığından ardıcıl baş verən sıxıntılar bir ilə yaxın çəkdi. Moskva rəhbərliyi Qarabağ məsələsini tupikə salmaqla yanaşı, ermənilərə dəstək olduqlarından, özlərinə böyük maneə bildikləri dahi şəxsiyyət Heydər Əliyevin nüfuzundan çəkinərək, onun ölkə rəhbərliyində olmasını istəmədiklərindən törətdiyi sıxıntılarla Vətənimizin qorunmasına çox sayda əngəllər törədirdilər. 

Azərbaycan üçün səfərbər oldular…

Baş verən sıxıntıların qarşısını almaq ücün əsas nüfuz sahiblərinin, ən əsası isə dövlət başçısı Heydər Əliyevin, öncə Daxili İşlər naziri - sonradan Respublika Gömrük Komitəsinin sədri olan mərd vətənpərvər insan Tahir Əliyev, DİN-nin Xüsusi Təyinatlılarının mərd qüvvələri - vətənpərvər igidimiz Rövşən Cavadov və təhlükəsizlik orqanın vətənpərvər qüvvələri səfərbər olmuşdu. Sonradan bu məsələdən Türkiyədən Arpaslan Türkeş narahat olduğundan nümayəndəsini Dudayevin müdaxilə etməsi üçün göndərmişdi. O zaman Dudayev hakimiyyətə yeni gəldiyindən, rus imperiya rəhbərliyi ona qarşı silahlı süni müxalif müqavimət hərəkatı yaratdığından, müəyyən sıxıntılar olsa da, Azərbaycan üçün narahat olduğunu bildirmişdi. O “elə edək ki Azərbaycan zəifləməsin” deyərək Dağıstana 100 nəfər silahlı dəstə göndərdi. 

Mən çeçenlər tərəfdən Azərbaycanla əlaqədar dəstək komandasındaydım. Yazılmamış qanun müdafiəçilərindən Lotu Bəxtiyarın dövlət tərəfindən müdaxiləsinə icazə verildi. Çeçenlər Azərbaycandan olan lotulara böyük hörmət etsələr də, əsas hesablaşdıqları Lotu Bəxtiyar idi. Çeçenlərdən lotu olmadığından yazılmamış qanun əlaqələndirici “Leçi Barada” ləqəbli (bir yerdə şəklimiz də var) nüfuz sahibli şəxs lotu Bəxtiyarın məsləhəti ilə Çeçenistanda mənimlə görüşərək, dəstəyə hazır olduğunu bildirdi. Lotu Bəxtiyar Azərbaycana qarşı qəsdlə yaradılan sıxıntıdan cox narahat olduğundan lotulara xəbər etdi. Daha sonra lotu Cavanşirin, lotu Mamedin və lotu Hikmətin tapşırıqları əsasında tərəfdar şəxslərin köməyi oldu. Bundan əlavə, xalqımızın çətin anlarında xeyriyyəçi biznesmen Elmar Məmmədovun danılmaz köməkliyi olmuşdu. Xalqımıza qarşı edilən bir çox sıxıntılarda “Komi Yelmar” deyilən Yelmar Məmmədovun Qamsaxurdiyanın hakimiyyəti dövründə Gürcüstandan soydaşlarımızın məcburi çıxarılma məsələsində separatçıların qarşısını almaq məqamında nüfuzu əsasında çox vacib köməkliyi olmuşdur. 
“Qəhrəmanlıqların barədə Vətənpərvər dəyərlilərimiz danışsınlar”
Canlı şahidi olduğum yaşadığım tarixi məqamlarda yadımda qalan bunlardır. Adı çəkilən və sonrakı əməliyyatlarda 1997-ci ildə xalqımıza qarşı terror edənlərin təşkilatlarını məhv etmək və terrorçuların özlərini zərərsizləşdirmək tapşırığını yerinə yetirərkən həm dövlət başçısı Heydər Əliyevin tapşırıq tövsiyyələri, həm də yazılmamış qanun müdafiəçilərinin lotu Bəxtiyarın və digər lotularda nüfuzlarını qazanaraq tövsiyyə xarakterli məsləhət etdikləri dərs etimadlarını Vətən-Xalq uğrunda etdiyim qəhrəmanlıq xidmətlərimi çox çətin, böyük ehtiyyat tələb edən tapşırığı yerinə yetirməklə qazandım. Bəzilərinin mənə qarşı haqsız irad bildirərkən “burada çəkdiyim adları nahaq çəkirəm” sözlərinə Heydər Əliyevin tapşırıqlı tövsiyələrini xatırladıqca susmaq məcburiyyətində olurlar. Heydər Əliyev demiṣdi ki, Vətən-Xalq uğrunda kimlər ki sənə - Milli Vətənpərvərliyimizin qorunmasında kömək olub, dəstək veriblərsə hər zaman sən o adları çək və sənin Xalq - Vətən uğrunda yaşadığın qəhrəmanlıqların barədə Vətənpərvər dəyərlilərimiz danışsınlar - demişdir. 

Bu əməliyyatı 200 nəfər çeçenlərlə birgə yerinə yetirmək və terror təşkilatını maliyələşdirən Maqamed Xacılayevin evində atışmalarla çətin anlar yaşamaq nə dəməkdir? Uzun illər susmaq göstərişi verilsə də öncə Türkiyəmizin, sonra isə ölkəmizin aidyyətı qurumların səlahiyyətliləri tərəfindən danışmağım tövsiyyə olunmuşdu. Həm də bildirdilərki, sən danışdıqca ictimaiyyətin əsl qəhrəmanını tanıdıqca saxtalıqla qəhrəman adını mənimsəyənlərə dərs olacaq.

PS. Qəhrəman qazimizlə bağlı daha ətraflı məlumatı qeyd olunan linkdən oxuya bilərsiniz...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Mart 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri