Həyat yoldaşını və uşağını öldürən şəxs intihar etdi FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Samsunun Bafra rayonunda həyat yoldaşını və uşağını bədbəxt hadisə kimi qələmə verərək öldürən həkim Serdar Kıyak olduğu həbsxanada intihar edib. Avtosfer.az "Manset.az"a istinadən xəbər verir ki, Kıyakın zibil torbasından istifadə edərək kamerasındakı havalandırma pəncərəsinin məhəccərindən özünü asdığı bildirilib. Kıyak daha əvvəl həbsxanada özünü asaraq intihara cəhd etmişdi.
Qeyd edək ki, 12 sentyabr 2025-ci ildə Samsunun Bafra rayonunda avtomobilinin Kızılırmak çayına aşması nəticəsində ana və üç yaşlı uşağı həlak olub. Hadisəni qəza kimi ört-basdır edən həkim Serdar Kıyak həbs edilib. Bafra Qapalı Həbsxanasında özünü asaraq intihara cəhd edən və daha sonra Elazığ Cəzaçəkmə Müəssisəsinə köçürülən Kıyak orada intihar edib. Hadisə 12 sentyabr 2025-ci ildə Samsunun Bafra rayonunun Asarkale bölgəsində baş verib. Məlumata görə, həkim Serdar Kıyakın idarə etdiyi avtomobil təxminən 30 metr dərinlikdən Kızılırmak çayına düşüb. Kıyak avtomobildən düşə bilib və yüngül xəsarətlərlə xilas olub. Lakin avtomobildə olan həyat yoldaşı Gülşah Karaman Kıyak və 3 yaşlı uşağı avtomobillə birlikdə suda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 01 Dekabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















