Icma.az
close
up
RU
Həyat yoldaşınızın evlilikdə bədbəxt olduğunu göstərən 10 əlamət

Həyat yoldaşınızın evlilikdə bədbəxt olduğunu göstərən 10 əlamət

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adətən təbəssüm göstərməyə və xoşbəxt görünməyə çalışsa da, evlilikdə özünü bədbəxt hiss edən qadın bunu incə, amma nəzərə çarpan əlamətlərlə büruzə verir. Müasir cəmiyyət artıq əziyyətə dözmək istəmir və evlilikdə ilk böhran əlamətləri görünən kimi əlaqəni vaxtında sonlandırmağa üstünlük verir. Lakin boşanma qərarından əvvəl narazılıq hissi zirvəyə çatır və özünü daha aydın şəkildə göstərir. 

Lent.az bu 10 əlaməti təqdim edir:

1. O, ərilə ünsiyyəti dayandırır

Qadınlar adətən danışmağı və emosiyaları bölüşməyi sevirlər. Əgər həyat yoldaşı ünsiyyətdən qaçmağa başlayırsa, bu, daxili narahatlığın və münasibətlərdə problem olduğunun göstəricisidir.

2. O, əsəbi və qıcıqlı olur

Evliliyində narazı olan qadınlar xırda şeylərə belə həddən artıq reaksiya verə bilirlər. Davamlı gərginlik və emosional sabitsizlik ailə həyatından ciddi narazılığın əlamətidir.

3. O, daim yorğun olur

Araşdırmalar göstərir ki, evlilikdə xoşbəxt olmayan qadınlarda kortizol səviyyəsi yüksək olur. Bu da xroniki yorğunluq və tükənmişliklə nəticələnir.

4. O, intim yaxınlıqdan imtina edir

Münasibətlərdən narazı olan qadın fiziki yaxınlığı məhdudlaşdırır. Bu, emosional uzaqlaşmanın açıq siqnalıdır.

5. Onun sirrləri yaranır

Əgər arvadınız özünü gizli aparır, həyatında baş verənləri bölüşmürsə, bu, evlilikdə xoşbəxt olmadığının göstəricisidir.

6. O, etibarını itirir

Etimadsızlıq şübhələr, telefon və ya elektron poçtu yoxlamaq, “kişilərə güvənmək olmaz” kimi ifadələrlə özünü göstərir. Bu, münasibətlərdə ciddi gərginliyin əlamətidir.

7. O, ərinə diqqət yetirmir

Partnyora marağın itməsi, laqeydlik və görməməzlikdən gəlmək qadının evlilikdə əziyyət çəkdiyini göstərən açıq işarələrdir.

8. O, həyatında yeni addımlar atır

Əgər arvadınız yeni hobbilərlə məşğul olmağa başlayır, vaxtını daha çox tək keçirir və ərindən ayrı fəaliyyətlərə yönəlirsə, bu, ailə həyatından narazılığın göstəricisi ola bilər.

9. O, yalnız özünü düşünməyə başlayır

Evliliyindən narazı qadın əsas diqqəti öz ehtiyaclarına yönəldir, pulu və vaxtı yalnız öz istədiyi kimi xərcləyir, emosiyalarını da yalnız istədiyi an göstərir. Bu, tərəfdaşını nəzərə almaq istəmədiyinin açıq əlamətidir.

10. O, xarici görünüşünü dəyişir

Görünüşdə ciddi dəyişikliklər qadının evlilikdə bədbəxt olduğunu və artıq öz həyatı üçün addımlar atdığını göstərən ən güclü siqnallardan biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri