Icma.az
close
up
RU
Heydər Əliyev 1994 də Azərbaycanı görün nədən xilas edib...

Heydər Əliyev 1994 də Azərbaycanı görün nədən xilas edib...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev dünyada yeni təhlükəsizlik arxitekturası haqda danışarkən, Tramp administrasiyası ilə güclü tərəfdaşlığa inandığını növbəti dəfə vurğuladı. Ölkə başçısı Ukraynada gedən müharibəni şərh edərkən, siyasətə və xüsusilə qlobal maraqların toqquşduğu coğrafiyalarda dövlət rəhbərliyinə gələn şəxslərə dərs, yol xəritəsi göstərdi, sitat: “Əgər siz həmişə kimdənsə asılısınızsa və yardım istəyirsinizsə, onda bir gün həmin şəxs gəlib sizdən hesabat istəyəcək”. Bəli, aksiomadır. İndi Ağ Evin yeni sahibi gəlib və ABŞ-ın ayırdığı pulların hesabını istəyir, 16 milyon əhali köçkünə çevriləndən, 30 faiz torpaq və 100 minlərlə insan itiriləndən sonra qəhrəman ukraynalılardan təbii sərvətləri ilə borclarını qaytarmaq tələb olunur.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu günkü plenar iclasında deputat Zahid Oruc deyib.

51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimsənilib. Qlobal müharibə partiyası bir xalqın qanı üzərindən 100 milyardları silib. Heç bir millətə vətənin mülkiyyət hüququnu təslim edib təhlükəsizlik qarantiyası almağı arzulamırıq. Bunun harası müstəqillik oldu? Bunun harası ləyaqət inqilabı oldu? Bunun harası avrointeqrasiya oldu?

İllərdir dövlətimizə şər atanlar, 1994-cü ilin “Əsrin müqaviləsi”ni, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırki Ukrayna ilə müqayisə etsin, görsün, Ulu öndər Heydər Əliyev məğlub Cəbhə hakimiyyətini necə kapitulyasiyadan xilas edib, Qələbəmizin əsasını qoymuşdu. Ulu öndərdən öyrənin, çünki O, təkcə azərbaycanlılara deyil, bütün xalqlara qurtuluş yolunu göstərib.

Uzun on illər liderimizin dediklərini indi Ağ Evdə təsdiqləyənlər Peqasus, Panama kimi küfr sənədləri, landromat yayanları ifşa edirlər və dövlət başçımızın yalançı 4-lük adlandırğı “The New York Times” və digər şər maşınının haradan idarə olunduğunu üzə çıxarırlar. Görün, Qorbaçovun Pravdası ilə, Baydenin “ The Washington Post”u necə bir-birinə bənzəyir. İnanırıq ki, terror mediası Osmanqızı, Azad söz və digər muzdlu şəbəkə də məhv olacaqlar.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri