Heydər Əliyev 33 il əvvəl Naxçıvanda ad gününü kimlərlə qeyd edib?
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mayın 10-da mərhum prezident Heydər Əliyevin doğum günü qeyd olundu. Azərbaycanın sabiq dövlət başçısının 103 yaşı tamam olur.
Azpost.info bildirir ki, Milli Məclisin sabiq deputatı Rza İbadov dövlət başçısı ilə bağlı maraqlı foto paylaşıb.
Foto 10 may 1993-cü ildə Naxçıvanda çəkilib. O zaman Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevin 70 yaşı tamam olurdu.
Şəkildə Heydər Əliyevi təbrik etmək üçün məclisdə iştirak edənlər əks olunub. Masa ətrafında AMEA-nın akademiki, Tarix İnstitutunun direktoru, YAP-ın yaradıcılarından olan Ziya Bünyadov oturub. Bundan başqa fotoda Rza İbadov, sonradan Azərbaycanın Rusiyada fövqəladə səfiri olan Ramiz Rizayev, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyev və digərlərini görmək olur.
Masada həmçinin gənc İlham Əliyev də oturub.
Bir aydan sonra –iyunun 15-də Heydər Əliyev Gəncə qiyamı ilə Azərbaycanda yaranmış siyasi böhran nəticəsində hakimiyyətə dəvət olunacaq və Milli Məclisin sədri postuna seçiləcək.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 17 May 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















