Icma.az
close
up
RU
Heydər Əliyev Beynəlxalq Hava Limanı “ACI”nin ACA proqramı üzrə 3 cü səviyyə sertifikatını əldə etdi

Heydər Əliyev Beynəlxalq Hava Limanı “ACI”nin ACA proqramı üzrə 3 cü səviyyə sertifikatını əldə etdi

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramı çərçivəsində 3-cü səviyyə üzrə akkreditasiya əldə edib.

Aeroportdan "APA-Economics"ə verilən məlumata görə, bu nailiyyət hava limanının karbon emissiyalarının idarə edilməsi, azaldılması və tərəfdaşlarla birgə fəaliyyət çərçivəsində davamlı nəticələr əldə etməsi baxımından beynəlxalq səviyyədə tanınmasını ifadə edir.

ACA proqramı, Beynəlxalq Hava Limanları Şurası (Airports Council International – ACI) tərəfindən təsis edilmiş və hava limanlarının karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini qiymətləndirən yeganə beynəlxalq akkreditasiya sistemidir. Proqram müstəqil auditlər əsasında həyata keçirilir və hava limanlarının enerji səmərəliliyi, əməliyyat məsuliyyəti və emissiya azaldılması üzrə nəticələrini təsdiqləyir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bu uğuru “Yaşıl Hava Limanı” təşəbbüsləri və beynəlxalq standartlara əsaslanan Ətraf Mühit və Enerji İdarəetmə sistemlərinin tətbiqi ilə möhkəmləndirib. Hava limanı artıq “ISO 14001:2015” (Ətraf Mühitin İdarəolunması Sistemi) və “ISO 50001: 2018” (Enerji İdarəetmə Sistemi) üzrə beynəlxalq sertifikatlara sahibdir. Bu, ekoloji məsuliyyətin institusional səviyyədə təmin edildiyini göstərir.

“Bu uğur təkcə texniki mərhələ deyil, daha məsuliyyətli və dayanıqlı hava limanı modeli yaratmaq yolunda strateji addımdır. Biz dayanıqlığı artıq hesabat göstəricisi kimi deyil, fəaliyyət fəlsəfəsi kimi qəbul edirik. Hər bir əməliyyat qərarımızın mərkəzində enerji səmərəliliyi və ekoloji məsuliyyət prinsipləri dayanır”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

“ACI EUROPE”un baş direktoru Olivye Yankovets isə qeyd edib: “Heydər Əliyev Beynəlxalq Aeroportunu hava limanları üçün qlobal karbon idarəçiliyi proqramına qoşulduqdan cəmi bir il sonra 3-cü səviyyəyə yüksəlməsi münasibətilə təbrik edirik. Azərbaycanın ən işlək hava limanı kimi, o öz subregionunda karbon idarəçiliyi sahəsində lider mövqedədir və aviaşirkətləri, yerüstü xidmətləri və digər tərəfdaş qurumları emissiyaların azaldılması istiqamətində fəal şəkildə cəlb edir. Bu uğura görə bütün komandanı təbrik edirəm və onlarla sıfır emissiya məqsədinə doğru daha çox nailiyyətləri birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm”.

3-cü səviyyə hava limanının yalnız öz əməliyyatları çərçivəsində deyil, həm də yerüstü xidmətlər və nəqliyyat kimi əlaqəli tərəfdaşlarla birlikdə karbon emissiyalarının idarə edilməsini əhatə edir. Bu uğurla Heydər Əliyev Beynəlxalq Aeroportu Xəzəryanı region və Mərkəzi Asiyada bu səviyyəyə yüksələn ilk hava limanı olub.

Hazırda 91 ölkədə 614 hava limanı ACA proqramı çərçivəsində akkreditasiyadan keçib. Bu hava limanları qlobal sərnişin axınının yarıdan çoxuna xidmət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu nüfuzlu siyahıya qoşulması onun beynəlxalq ekoloji öhdəliklərə sadiqliyini və dayanıqlı inkişafda dünya standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyir.

Hava limanı bu uğuru “Daha Yaşıl Gələcək üçün Birlikdə” (Together for a Greener Future) sloqanı altında birgə məsuliyyət və əməkdaşlıq mədəniyyətinin nəticəsi kimi təqdim edir. Gələcək mərhələlərdə də “Yaşıl Hava Limanı” təşəbbüsləri və ESG strategiyası çərçivəsində fəaliyyətlər davam etdiriləcək.

Qeyd edək ki, “Airport Carbon Accreditation (ACA)” – “ACI” tərəfindən təsis edilmiş yeganə qlobal proqramdır.

O, hava limanlarını karbon emissiyalarının idarə edilməsi üzrə fəaliyyətlərinə əsasən akkreditasiyadan keçirir.

Proqram aşağıdakı mərhələlərdən ibarətdir:

Level 1, Level 2, Level 3, Level 3+, Level 4, Level 4+, və Level 5.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri