Icma.az
close
up
RU
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi ŞƏRH EDİLDİ

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi ŞƏRH EDİLDİ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ölkə ictimaiyyət bu günlərdə Vətən və xalq qarşısında misilsiz xidmətlərə imza atmış Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli deyib.Onun sözlərinə görə, Ümummilli Liderin titanik siyasi fəaliyyəti növbəti inkişaf mərhələri üçün bir örnək olaraq Azərbaycanın çağdaş tarixində silinməz izlər buraxıb: "O, bütün həyatı boyu ölkəmizin inkişafı və xalqımızın firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ulu öndərin baxışlarında dövlətin və xalqın taleyi ilə bağlı bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub. Lakin dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlət quruculuğu prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz onun fəaliyyəti dövründə qoyulub. Belə ki, xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Respublikamıza rəhbərliyinin hər iki dönəmində Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir".Deputat qeyd edib ki, Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir: "Dövlət müstəqilliyimizin bərpasının ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, birinci Qarabağ müharibəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş qarşıdurmasının reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında Ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda müasir demokratik hüquqi dövlətin əsaslarını yaratmağa müvəffəq oldu. Bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyası da 1995-ci ildə məhz onun təşəbbüsü, əzmi, siyasi iradəsi və birbaşa nəzarəti sayəsində müasir çağırışlara cavab verən və xalqın iradəsini tam şəkildə əks etdirəm mükəmməl şəkildə hazırlanmış Ali sənəd olaraq ərsəyə gəlmişdir.Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı".

Müəllif: Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri