Icma.az
close
up
RU
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi ŞƏRH EDİLDİ

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Ölkə ictimaiyyət bu günlərdə Vətən və xalq qarşısında misilsiz xidmətlərə imza atmış Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Ümummilli Liderin titanik siyasi fəaliyyəti növbəti inkişaf mərhələri üçün bir örnək olaraq Azərbaycanın çağdaş tarixində silinməz izlər buraxıb: "O, bütün həyatı boyu ölkəmizin inkişafı və xalqımızın firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ulu öndərin baxışlarında dövlətin və xalqın taleyi ilə bağlı bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub. Lakin dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlət quruculuğu prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz onun fəaliyyəti dövründə qoyulub. Belə ki, xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Respublikamıza rəhbərliyinin hər iki dönəmində Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir".

Deputat qeyd edib ki, Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir: "Dövlət müstəqilliyimizin bərpasının ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, birinci Qarabağ müharibəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş qarşıdurmasının reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.

Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında Ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda müasir demokratik hüquqi dövlətin əsaslarını yaratmağa müvəffəq oldu. Bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyası da 1995-ci ildə məhz onun təşəbbüsü, əzmi, siyasi iradəsi və birbaşa nəzarəti sayəsində müasir çağırışlara cavab verən və xalqın iradəsini tam şəkildə əks etdirəm mükəmməl şəkildə hazırlanmış Ali sənəd olaraq ərsəyə gəlmişdir.

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri