Icma.az
close
up
RU
Heydər Əliyev ideyaları işığında formalaşan Azərbaycan gəncliyi MƏQALƏ

Heydər Əliyev ideyaları işığında formalaşan Azərbaycan gəncliyi MƏQALƏ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan gəncliyinin sağlam düşüncəli, yüksək intellektə və milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşması dövlətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki cəmiyyətin aparıcı qüvvəsi olan gənclər ölkənin inkişafının, tərəqqisinin və beynəlxalq inteqrasiyasının əsas hərəkətverici qüvvəsidir. Məhz buna görə də gənclərə göstərilən diqqət və qayğı əslində dövlətin öz gələcəyinə yönəlmiş strateji investisiyasıdır. Bu həqiqəti dərindən anlayan və gənclərin inkişafını daim diqqət mərkəzində saxlayan görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyev olmuşdur.

Ulu öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikada elm və təhsil sahəsində mühüm yeniliklər həyata keçirilmiş, çoxsaylı məktəblər, gənclər mərkəzləri və hərbi təhsil müəssisələri fəaliyyətə başlamışdır. Ulu Öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsil almasına şərait yaradılmış, onların müasir və strateji əhəmiyyətli ixtisaslara yiyələnməsi təmin edilmişdir. Həmin illərdə Sovet İttifaqının 50-dən çox şəhərində yerləşən 170 ali məktəbdə 150 ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmışdır. Bu siyasət sonrakı dövrdə Azərbaycanın intellektual potensialının formalaşmasında mühüm rol oynamışdır.

Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda dövlət gənclər siyasəti daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməyə başlanmışdır. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi bu siyasətin mühüm mərhələlərindən biri olmuşdur. 1997-ci ildə isə Heydər Əliyevin imzaladığı sərəncama əsasən 2 fevral tarixi “Azərbaycan Gəncləri Günü” elan edilmiş və həmin tarixdən etibarən ölkəmizdə hər il xüsusi təntənə ilə qeyd olunmağa başlanmışdır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni mərhələdə daha da zənginləşdirilir. Dövlət başçısının rəhbərliyi ilə gənclərin təhsilinin, dünyagörüşünün və vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirilir, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi üçün geniş imkanlar yaradılır. Azərbaycan gəncliyi bu diqqət və qayğının nəticəsi olaraq dövlətə və milli dəyərlərə sadiq, yüksək bilik və bacarıqlara malik bir qüvvə kimi formalaşmışdır.

2020-ci ildə əldə olunan şanlı Zəfər də Azərbaycan gəncliyinin vətənpərvərliyinin, milli ruhunun və dövlətə bağlılığının bariz nümunəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qəhrəman Azərbaycan gəncləri böyük şücaət göstərərək torpaqlarımızı düşməndən xilas etdilər və adlarını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdırdılar. Bu Zəfər bir daha sübut etdi ki, Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti ölkəmizin gələcəyinin formalaşmasında və dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

Kənan Qubadzadə,

Gənclər Mərkəzi İctimai Birliyinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri