Icma.az
close
up
RU
”Heydər Əliyev mənə dedi ki…” Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI

”Heydər Əliyev mənə dedi ki…” Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana ərazi iddialarına başlamasından 36 il keçir. 1988-ci ilin fevralında təməli qoyulan münaqişə hələ də davam edir. Düzdür, Qarabağ məsələsi həll olunub, amma iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

1998-ci ildən1999-cu ilə qədər Ermənistanın baş naziri olmuş Armen Darbinyan son müsahibəsində o dövrdə onlara edilən təkliflərdən boyun qaçırmalarını yanlış addım adlandırıb. Keçmiş baş nazir bildirib ki, Ermənistanın təkliflərdən boyun qaçırmasında respublikanın o vaxtkı hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır:

“Mən Heydər Əliyevlə beynəlxalq konfransların birində görüşdüm. Azərbaycan Prezidenti bildirdi ki, hər iki tərəfə sülh lazımdır. Mənə elə gəlirdi ki, ilk addımı Ermənistan hakimiyyəti atmalıdır. Biz bütün imkanlardan istifadə edib münaqişəni o vaxt həll etməliydik. Biz isə gələcəkdə daha çox şeyə nail olacağımıza inanırdıq. Amma tarix göstərdi ki, hadisələri düzgün qiymətləndirə bilmədik. Biz məsələni dərhal həll etməliydik. Bir dəfə mən Rusiyanın baş naziri Sergey Primakovla görüşəndə o mənə dedi ki, münaqişənin həllini uzatmayın və gələcək sizin üçün yaxşı heç nə vəd etmir. O haqlı imiş.

1997-ci ildə Levon-Ter Petrosyan deyəndə ki Ermənistan indi ona təklif olunanları qəbul etməsə, gələcəkdə çox şey itirəcək, ona inanan olmadı. Əslində, onun dediklərində həqiqət var idi. Təəssüf edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və xalq Levon-Ter Petrosyanın təkliflərini qəbul etmədi və o, istefa vermək məcburiyyətində qaldı”.

Daha sonra Ermənistan- Rusiya münasibətlərinə toxunan Darbinyan bildirib ki, iki ölkə arasında bir qədər xoşagəlməz vəziyyət yaranıb:

“Ermənistan-Rusiya münasibətlərinin bu həddə çatmasında hər iki tərəfin günahı var. Güman edirəm ki, artıq dayanmağın və oturub müzakirə etməyin vaxtıdır. Mən Qərbin diqtəsiylə Ermənistanın Rusiyanı regiondan çıxaracağına inanmıram.

Yadınızdan çıxartmayın ki, Rusiya öz xoşuna heç hara gedən deyil. Rusiya ilə danışıq aparmağı bacarmaq lazımdır. Bizdə Rusiya ilə danışmağı bacaran siyasətçi yoxdur. Mənə elə gəlir ki, Rusiya öz xarici siyasətində Ermənistana qarşı ciddi səhvlərə yol verir. Ən böyük səhv isə Ermənistana öz ərazisi kimi baxmasıdır. Mən buna təəssüf edirəm.

Bilirsiniz, bu gün bizim Rusiya ilə ciddi problemlərimiz mövcuddur. Biz hələ də Moskvaya sübut edə bilməmişik ki, suveren Ermənistanın varlığı onlar üçün necə əhəmiyyətlidir. Onilliklər ərzində biz buna nail ola bilmədik. Yalnız Yeltsinlə Petrosyanın dövründə qarşılıqlı anlaşma erməni xalqını qane edirdi”. \\KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Dekabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri