Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində “Əbədiyyətin ifadəsi” sərgisi Fotolar

Heydər Əliyev Mərkəzində “Əbədiyyətin ifadəsi” sərgisi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, “Əbədiyyətin ifadəsi” sərgisində müəllifin rəngkarlıq, heykəltaraşlıq sahəsində əsərləri təqdim edilir. Braziliyalı rəssamın məhz Azərbaycanda ilk dəfə nümayiş olunan əsərləri də yer alıb.

Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi Luiz de Souzanın zamanla münasibətindən qaynaqlanır. Müəllif hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir və bu halda zaman riyazi hesabla deyil, xüsusi ölçü ilə davam edir.

Luiz de Souza əmindir ki, bu gün istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir. Halbuki, məhz daha uzun zaman tələb edən rəngkarlıq və heykəltaraşlıq üsulları əsərlərə orijinallıq və dəyər qazandırır.

Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən  “Gerisayım” adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi dünyada moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir. Sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən gedirmiş kimi. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Rəssam bununla bəşəriyyətin fəaliyyətinin yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirdiyini vurğulayır.

Luiz de Souzanın yeni əsərləri sırasında geriyə qayıtmaq və keçmişi fərqli şəkildə yaşamaq ideyasını əks etdirən “Zaman səyahətçiləri”, zamanın bizim cəmiyyətimizlə müqayisədə nə qədər böyük olduğunu simvolizə edən “Zamanda qərq olan” adlı tabloları da yer alıb.

Luiz de Souzanın istedadı və sənətə marağı üç yaşında ikən rəsm çəkməyə və heykəltəraşlıqla məşğul olmağa başladığı vaxt ortaya çıxıb.

Əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilən və şəxsi kolleksiyalarda saxlanılan braziliyalı rəssamın əl işlərində Yan Vermeerin rəng və işıqdan zərif istifadə üsulunu, Salvador Dalinin sürrealizmini və Mikelancelo Karavacconun dramatik işıq və kölgə kontrastının təsirlərini tapmaq olar.

“Əbədiyyətin ifadəsi” sərgisi ilə Heydər Əliyev Mərkəzində 2026-cı il aprelin 1-dək tanış olmaq mümkündür.
































Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 May 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri