Icma.az
close
up
RU
Heydər Əliyev Milli varlığımızın idrak məqamı Yeni Gündəm

Heydər Əliyev Milli varlığımızın idrak məqamı Yeni Gündəm

Yenigundem saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin obrazı ondan hansı məzmunda danışmağa əsas verir? Zənnimcə, daha çox xalqın itirilmiş intellekt və emosiya potensialının geri qayıdışında, ondakı milli müəyyənlik və özünüifadə imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş etdirən lider olaraq. Heydər Əliyevin həyаtа keçirdiyi siyаsət qlоbаl mаhiyyətinə görə bənzərsiz tаriхi mərhələdə Аzərbаycаnın gücünə və Аzərbаycаn ictimаi fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistаndаn Qаfqаzа qədər dаlğаlаnаn siyаsi ziddiyyətlərin Аzərbаycаnа yаnsımаmаsı, Аzərbаycаnın Şərqdə də, Qаfqаzdа dа müstəsnа bir dünyа dövləti kimi öz sаbitliyini və hər mənаdа müstəqilliyini qоruyub sахlаmаsı, Аzərbаycаnın Şərqdə unikаl, tоlerаnt bir Аvrоpа dövləti kimi təzаhür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mаhiyyətinə ən mükəmməl və etibаrlı sübutdur.

Ümummilli dəyərləri ideоlоji bахımdаn ilk dəfə о təsbit etdi. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirdi. Аzərbаycаnın qаpılаrını Dədə Qоrqudun, Bаbəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cаvidin, Şəhriyarın üzünə tаybаtаy аçmаqlа, əslində, Аzərbаycаnın məfkurəvi necəliyini müəyyənləşdirdi. 1993-cü ildə isə Аzərbаycаn хаlqı Heydər Əliyevi hаkimiyyətə təkcə Аzərbаycаnı hərbi-siyаsi böhrаndаn qurtаrmаq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl bаşlаdığı Аzərbаycаnçılıq əsərinin ən ciddi səhifələrini yаrаtmаq üçün dəvət edirdi. Çünki bu mənəvi аbidənin – siyаsi Аzərbаycаnın sirri 1969-cu ildən bаşlаyаrаq Heydər Əliyevin üslubundа kəşf оlunmuşdur.

Sovet epoxası daxilində Heydər Əliyevin üzünü yaddaşa çevirən tarixə – özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı Heydər Əliyev və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili və sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları… Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyası bu “güc”lərin birliyindən, xalqa qayıdışından başlayırdı. Heydər Əliyev ədəbiyyata qayğı və diqqətini elə sovet imperiyasının daxilində – ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Bu ideologiyanın müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin – xalqı öz soy-kökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enirdi. Və bir daha unutmayaq. Sovet qanunlarının hələ işlək olduğu, tüğyan etdiyi bir dönəmdən gedir söhbət.

Dissident siyasəti! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimizcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu.

Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını belə xarakterizə etmək olar: həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşamalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə tolerant və multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. Heydər Əliyevin atdığı bütün addımlar milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmiş, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət və hünər göstərmişdir.

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın for­ma­laş­ma­sı pro­se­sin­də Ulu öndər Hey­dər Əli­ye­vin is­ti­nad et­di­yi ün­van da­im klas­sik irs və mil­li-mə­nə­vi də­yər­lər ol­muş­dur. Məsələn, Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayırdı və qeyd edirdi ki, əgər in­di biz “Ki­ta­bı-Də­də Qor­qud” das­ta­nı­nın 1300 il­li­yi­ni qeyd edi­rik­sə və bu­nu bü­tün dün­ya­ya bə­yan edi­rik­sə, de­mək, bi­zim bə­dii sö­zü­mü­zün 1300 il­lik ta­ri­xi göz qa­ba­ğın­da­dır. Yaxud Nizami Gəncəvinin 840 illiyinin keçirilməsinin zəminində öz dəyərlərini tanımaq, onu layiqincə dünyada təbliğ etmək meyli olmasaydı deyərdimi ki, biz Ni­za­mi ilə bə­şə­riy­yə­ti qo­vuş­dur­ma­ğa tə­lə­si­rik?!

Eləcə də böyük şair Füzulinin yu­bi­le­yinin həm Azər­bay­can­da, həm bü­tün türk-is­lam alə­min­də, həm də Ru­si­ya və Av­ro­pa­da bö­yük tən­tə­nə ilə ke­çi­rilməsinə rəvac verirdisə, bunu ilk növbədə, XX əsr­də par­ça­lan­mış türk dün­ya­sı­nı birləşdirmək, yaxınlaşdırmaq üçün edirdi. 1982-ci ildə Cavidin nəşini Sibirdən Azərbaycana qaytarmaqla türklük ruhunu, turan əxlaqını millətin özünə qaytarırdı. Eyni ildə Şuşada Vaqif məqbərəsini ucaltmaq onun üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, Vaqif poeziya günləri Azərbaycan dilinin əbədi təntənəsinin rəmzi idi. Ya­xud Mə­həm­məd­hü­seyn Şəh­ri­ya­rın ana­dan ol­ma­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si ilə bağlı 1997-ci ildə imzaladığı ta­rix­i sə­rən­ca­mla hə­mi­şə ama­lı­na çe­vir­di­yi bü­töv Azər­bay­can idea­lı­nın ger­çək­ləş­mə­si­nə doğ­ru növ­bə­ti əhə­miy­yət­li ad­dım­lar­dan bi­ri­ni hə­ya­ta ke­çi­rir­di. Hər bir addımında ölçülü-biçili, gələcəyə hədəflənmiş siyasət! Düşünülmüş idimi? Birmənalı şəkildə! Heydər Əliyev xalqın milli qürurunu ölməyə, yadlaşmağa, yaddaşsızlaşmağa qoymurdu. Əks təqdirdə, bu xalqın 1990-cı illərdə milli müstəqilliyini  yenidən qazanması mümkünsüz olardı.

Ulu Öndərin 1993-cü ildən sonrakı qayıdış mərhələsi də asan dövrə sirayət etmədi. Amma hər cür hərc-mərclik, mənəvi-milli deqradasiya, siyasi-hərbi kataklizm, sosial böhran şəraitində belə onun fəaliyyətində müasir və klas­sik sə­nət­kar­la­rı­mı­zın ta­le­yi­nə həssas münasibət davamını tapdı. Həmin çətin dövrdə Hey­dər Əli­yevin mətbuata verdiyi bütün müsahibələrdə mənəvi məsələ, milli düşüncəyə xidmət yenə də ilk unudulmaz sıralarda qərar tutur. Böyük siyasətçi dəfələrlə vurğulayırdı ki, “res­pub­li­ka­mı­zın bu ağır döv­rün­də bö­yük yu­bi­ley­lər ke­çi­ril­mə­si, şüb­hə­siz ki, mü­əy­yən qə­dər çə­tin­lik­lər­lə üz­lə­şə­cək. An­caq bun­la­ra bax­ma­ya­raq, hə­ya­tı­mı­zın mə­nə­vi sa­hə­si heç vaxt unu­dul­ma­ma­lı­dır. Çə­tin­lik­lər nə qə­dər çox ol­sa da mə­də­niy­yə­tə, mə­də­ni ir­si­mi­zə, mə­nə­viy­ya­ta da­im xü­su­si diq­qət ye­tir­mə­li və bu sa­hə­lə­rin ge­ri qal­ma­sı­na yol ver­mə­mə­li­yik”.

Bu mənada, hakimiyyətdə olduğu bütün zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi,  bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Və ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu. Heydər Əliyev ədəbiyyatın keçdiyi inkişaf qanunauyğunluğunu bilərək onun  üzərində özünəxas konsepsiya qururdu. Bu çıxışlarda ədəbiyyatı həm tarixi inkişaf kontekstində, həm nəzəri prizmadan, həm də real nəticələrində dəyərləndirə, aparıcı ədəbi tendensiyalar işığına tuta bilirdi. Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi, dilindən, dinindən, irqindən, təmsil elədiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!

Heydər Əliyev – milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli… Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.

Elnarə Akimova,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see146

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see143

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see137

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see124

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see122

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see122

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see121

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see120

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see119

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see117

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see116

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see115

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see115

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see114

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see114

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see113

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri