Icma.az
close
up
RU
Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib Yeni Gündəm

Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib Yeni Gündəm

Yenigundem saytına istinadən Icma.az xəbər verir.

Atatürk Mədəniyyət, Dil, Tarix Yüksək Qurumu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Mahmud Kaşqari adına Beynəlxalq Fondla birgə “Ana dili – Milli kimlik simvolu” mövzusunda elmi seminar keçirib.

AZƏRTAC xəbər verir ki, çıxışlarda 1952-ci ilin fevralında Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin fədakarlıqla şəhid olmasını insanların xatirəsində əbədi yaşatmaq təşəbbüsü ilə 1999-cu ilin noyabrında Banqladeş səfirinin təklifi ilə UNESCO tərəfindən hər il fevralın 21-i dünyanın hər yerində Beynəlxalq Ana Dili Günü kimi qeyd edildiyi bildirilib.

Elmi seminarda Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Ana dili – Millətin varlığının əsas nişanı” başlıqlı məruzəsi dinlənilib. Deputat bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən, millətin simasını səciyyələndirən nişanə, milli -mənəvi sərvətdir. Beynəlxalq Ana Dili Gününün təsis edilməsi kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünə bilər. Həyatımızın adi günlərindən birini yaşasaq da, heç bir məhdudiyyət olmadan ana dilimizdə danışdığımızın və düşündüyümüzün fərqinə varanda bunun o qədər də adi olmadığını anlamaq olar.

Arazın o tayında milyonlarla doğma qardaşımızın bu dildə danışmaq və düşünmək imkanının o qədər də çox olmadığını xatırlayanda ana dilinin nə qədər doğma və müqəddəs olduğunu, nə qədər böyük dəyər kəsb etdiyini hiss etmək heç də çətin deyil. Cavanşir Feyziyev son 200 illik tarixi hadisələrə nəzər salaraq xatırladıb ki, çox da uzaq olmayan keçmiş tariximizdə torpaqlarımızda aparılmış aqressiv ruslaşdırma siyasətinin acı xatirələri hələ də unudulmayıb və unudulmamalıdır.

Təkcə 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş I Türkoloji qurultayın demək olar bütün iştirakçılarının az sonra repressiyaya məruz qalması ana dilimizə qarşı törədilmiş ən böyük terror deyildimi?! Bu dilin qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi uğrunda zaman-zaman milli ruhlu vətənpərvər və maarifpərvər babalarımızın müxtəlif rejimlərin repressiya dalğalarında şəhid olduğunu xatırlayanda Ana Dili Gününün ayrıca qeyd olunmasının zəruri olduğuna heç bir şübhə qalmır. C.Feyziyev qeyd edib ki, Ana dilimizi sevmək, qorumaq, inkişaf etdirmək qəhrəman babalarımızın ruhuna hörmətimizin və əməllərinə sədaqətimizin rəmzidir.

Bildirilib ki, ana dilimiz xalqımızın milli və tarixi varlığını müəyyən və təsdiq edən mənəvi sərvətdir. Yaşadığı coğrafiyadan asılı olmayaraq 50 milyondan çox soydaşımızın ünsiyyət vasitəsi olan ana dilimiz tarixin müxtəlif dönəmlərində ən ağır təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlamaqla bərabər, həm də böyük inkişaf yolu keçib.

Mövcud olan hər bir xalq, ilk növbədə, özünə məxsus milli dili ilə digər toplumlardan fərqlənir və öz identikliyini tapır. Hər bir millət və xalq öz dilində danışdıqları və yaratdıqları ilə digərləri tərəfindən tanınır və dəyərləndirilir. Dilin dövlət dili statusuna yüksəlməsi isə milli müstəqillik ideyalarının gerçəkliyə qovuşması ilə baş verə bilən siyasi hadisədir. Şah İsmayıl Xətaidən bu günə qədər ana dilimizin keşməkeşli tarixi onu göstərir ki, hər bir cəmiyyətdə dilin inkişafı milli müstəqillik ideyalarına sadiq liderlərin siyasi iradəsi və qətiyyəti ilə sıx bağlıdır.

Səfəvilər hakimiyyətindən sonra yalnız Cümhuriyyət dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait bu qərarın uzunömürlü olmasına imkan verməmişdi. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Lakin bu da mərkəzi hakimiyyət tərəfindən qəzəblə qarşılanmış və buna görə də həmin dövrdə Azərbaycana rəhbərlik etmiş İmam Mustafayev dərhal öz vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd olunub ki, 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyev ana dilinin mövcud təhlükələrdən qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saxlanılması istiqamətində müstəsna xidmətlər göstərdi. 1978-ci il aprelin 2-də keçirilən IX çağırış Ali Sovetin 7-ci sessiyası Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuşdu. Ulu öndərin həmin sessiyadakı tarixi çıxışı Konstitusiyanın 73-cü maddəsinə dəyişiklik edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə nəticələndi. Sovet rejiminin siyasi, iqtisadi və hərbi baxımdan ən güclü olduğu bir za¬manda belə bir təşəbbüslə çıxış etmək və öz məqsədinə nail olmaq, əlbəttə, böyük cəsarət və iradə tələb edirdi. O zamanlarda belə təşəbbüslərin bəzən insanın həyatı bahasına başa gələcəyini yaxşı bildiyinə baxmayaraq, Ulu öndər heç bir tərəddüd etmədən bu tarixi addımı atdı. Heydər Əliyevin bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin sonrakı inkişafına çox böyük təkan verdi.

Hadisələrin xronoloji ardıcıllığı ilə tarixə nəzər salan Cavanşir Feyziyev xüsusi vurğulayıb ki, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin xidmətləri misilsiz olub. Ümummilli Liderin imzaladığı fərmanlar ana dilimizin qorunmasında və inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin ana dilimizlə bağlı apardığı siyasət daha sonra Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilib.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib.

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

“Dil quruculuğu ilə bağlı olan bütün bu sənədlər Azərbaycan dilinin milli-mənəvi və siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardır. Bu addımlar dilimizin əbədiyaşarlığını təmin etmək məqsədi daşıyır. Dilimiz yaşadıqca xalqımız və müstəqil dövlətimiz də hər zaman var olacaq”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 24 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri