Icma.az
close
up
RU
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çoxcildliyin təkrar nəşrinin 3-cü kitabı

Təkrar nəşrə Ulu öndər Heydər Əliyevin müstəqil, suveren Azərbaycan dövlətinin möhkəmlənib inkişafına, torpaqlarımızın işğaldan azad edilməsinə, respublikamızın iqtisadi tərəqqisinə, xalqımızın rifahı naminə apardığı islahatlara həsr olunmuş nitqlərinin, müsahibələrinin, bəyanatlarının və müraciətlərinin mətnləri, keçirdiyi görüşlər haqqında məlumatlar daxil edilib.

Kitabda yer alan materiallar 1994-cü il martın 9-dan avqustun 1-dək olan dövrü əhatə edir. Müstəqilliyini yeni bərpa etmiş Azərbaycan həmin dövrdə Ermənistanla müharibə şəraitində idi. Altı il idi ki, Qarabağ ərazisi Ermənistanın işğalı altında idi. Ümummilli lider cəbhəyanı bölgələrə səfər edər, ictimaiyyət nümayəndələri ilə, əsgər və zabitlərlə görüşər, səngərlərə baxar, döyüş imkanlarını yoxlayardı. 1994-cü il aprelin 9-da Ümummilli lider Heydər Əliyev Füzuli və Ağcabədi rayonlarında döyüşçülərlə, Beyləqan rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb, hərbçilərin müşavirəsində nitq söyləyib. Ulu öndər hərbçilərin müşavirəsində ordu quruculuğu ilə bağlı görülən işlərə nəzər salıb, əsgər və zabitlərin üzərinə düşən vəzifələrdən danışaraq deyib: “Müharibədə kim güclüdürsə, o, qalib gəlir. Güclü olmaq üçün Azərbaycanın da imkanları çoxdur. Bu imkanlardan indiyədək lazımınca istifadə olunmayıb. Son vaxtlar ordu quruculuğu işi müvəffəqiyyətlə davam edir, ordumuz formalaşır. Bu işdə zabitlərimizin də, əsgərlərimizin də üzərinə mühüm vəzifələr düşür. Sərəncamınızda olan texnikanın bütün gücündən istifadə etmək sizin borcunuzdur. Ancaq texnika onu idarə edən adamlarsız elə bir şey deyil. Mənə verilən məlumata görə siz bu texnikadan istifadə etməyi bacarırsınız. Buna görə çox sağ olun”.

Həmin il aprelin 10-da isə Ulu öndər Bərdə rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. Bu görüşdə Ümummilli lider Azərbaycan xalqının öz müstəqilliyini qoruyub saxlaması üçün güclü ordusu olmasının vacibliyindən, orduya diqqət və qayğı göstərməyin hər bir vətəndaşın şərəfli borcu olmasından danışıb: “Biz indi öz taleyimizin sahibiyik. Azərbaycan müstəqil dövlətdir. Bu, tarixi hadisədir. Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır. Mən sizi bu borcu yerinə yetirməyə dəvət edirəm”.

Ulu öndər Heydər Əliyev işinin çox olmasına baxmayaraq gənc nəslin tərbiyəsini daim diqqətdə saxlayır, müstəqil Azərbaycanın gələcəyi üçün bunun vacibliyini vurğulayırdı. 1994-cü il avqustun 1-də respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar keçirilmiş müşavirədə bu barədə belə demişdi: “Biz bu günümüz, müstəqil Azərbaycanın gələcəyi haqqında düşünsək, gənc nəslin tərbiyəsinə ciddi fikir versək, ən əvvəl ali təhsil almağa qadir, yəni buna öz biliyi, zəkası, fitri istedadı ilə layiq olan gənclərin ali məktəblərə qəbul olunmasını təmin etsək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq. Odur ki, mən bu məsələyə xüsusi diqqət yetirirəm”. Həmin görüşdə dahi rəhbər xalqımızın gələcəyi üçün ziyalıların, alimlərin, yüksək bilikli və təcrübəli insanların rolunu da vurğulayıb: “İndi biz müstəqil dövlətik, öz respublikamızın, öz taleyimizin sahibiyik, xalqımızın bu günü və gələcəyi üçün cavabdehik. Məhz biz cavabdehik. Biz deyəndə, mən birinci növbədə, ziyalıları nəzərdə tuturam. Alimlərimiz, ali məktəblərimizdə çalışan yüksəksəviyyəli, bilikli və zəngin təcrübəli şəxsləri nəzərdə tuturam. Bəli, biz hamımız Azərbaycanın gələcəyi üçün cavabdehik, gənc nəslin yetişməsi üçün cavabdehik”.

Bütün bu dəyərli fikirlərlə çoxcildliyin 3-cü kitabında tanış olmaq mümkündür. Kitabda yer alan materiallar həmin dövrün hadisələri haqqında geniş təsəvvür yaradır.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri