Icma.az
close
up
RU
Heydər Əliyev risk etdi Sabiq nazir

Heydər Əliyev risk etdi Sabiq nazir

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Heydər Əliyev qaldırdığı hər hansı bir məsələnin həlli üçün sona qədər qətiyyətlə çalışırdı. Məsələn, 1994-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər qeyri-sabit idi. Məhz belə bir şəraitdə Heydər Əliyev “Əsrin Müqaviləsi”ni imzalamaqla Azərbaycana milyardlarla vəsaitin gəlişini təmin etdi. Öz siyasi iradəsi, nüfuzu ilə böyük dövlətləri inandıra bildi ki, Azərbaycanın gələcəyi çox yaxşı və uğurlu olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu musavat.com-a vaxtilə ulu öndər Heydər Əliyevlə çalışmış sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev praktik olaraq sıfırdan hər şey yarada biləcək qədər liderlik xüsusiyyətinə malik idi: “Heydər Əliyev bir məsələnin həllində heç vaxt həvəssizlik nümayiş etdirmirdi. Sadəcə olaraq, məsələni təmkinlə araşdırırdı, hər tərəfini öyrənirdi, təhlil edirdi, hər kəsin fikrinə hörmətlə yanaşırdı. Yekunda isə bir qayda olaraq doğru qərar verirdi.

Heydər Əliyev dahi idi. Onun dahiliyi fəaliyyətinin bütün istiqamətində, hər addımında özünü göstərirdi. Biz maliyyəçi idik. Müzakirə etdiyimiz məsələni hərtərəfli araşdırandan sonra bəzən bizə elə suallar verirdi ki, biz heç öz aramızda o sualı bir-birimizə verməmişdik. Bütün bunlar Heydər Əliyevin dahiliyindən, uzaqgörənliyindən, məntiqinin dərinliyindən və idarəçilik bacarığının yüksəkliyindən irəli gəlirdi”.

Sabiq nazir bildirib ki, Heydər Əliyev dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoyub: "Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən "Əsrin müqaviləsi”nin imzalanması isə inqilabi bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Məhz "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi.

Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə bu idi ki, edilən yatırımların 2,2 milyard dolları neftdən kənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı.

Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verilməsi və bununla da ölkədə sahibkar ordusunun yaradılması oldu. Heydər Əliyev özünün uzaqgörən siyasəti ilə çox qısa bir zamanı çərçivəsində nəinki Azərbaycanın kövrək müstəqilliyini qoruyub möhkəmləndirə bildi, eyni zamanda, respublikanın sosial-iqtisadi inkişafında və ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı.

Bir sözlə, onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bu gün də cənab Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların bənzərsiz yeni - Azərbaycan modeli meydana gəldi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri