Icma.az
close
up
RU
Heydər Əliyev Sarayında Opera Günlərinin açılış mərasimi keçirilib

Heydər Əliyev Sarayında Opera Günlərinin açılış mərasimi keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Heydər Əliyev Sarayında Bakıda ilk dəfə keçirilən Opera Günlərinin açılış mərasimi olub.

AZƏRTAC-a açıqlamasında Əməkdar artist Ramil Qasımov layihənin məqsədindən danışıb. O bildirib ki, Azərbaycanda opera ənənələrini davam etdirmək prioritet məsələlərdəndir.

Əməkdar artistin sözlərinə görə, layihə çərçivəsində müxtəlif ustad dərsləri, operalar və konsert proqramları təşkil olunacaq: “Üzeyir Hacıbəyli təkcə musiqi tariximizin deyil, milli kimliyimizin, mənəvi yaddaşımızın sütunlarından biridir. Onun yaratdığı zəngin irs, milli operamızın təməlini qoyan əzəmətli sənət dünyası bu gün də yaşayır, dillər əzbəridir və bizi birləşdirir. Bizim vəzifəmiz isə bu irsi qorumaqla kifayətlənməmək, onu gələcək nəsillərə sevdirərək yaşatmaqdır. Gənclər bu tədbirlər vasitəsilə həm böyük sənətkarın yaradıcılığı ilə yaxından tanış olacaq, həm də Azərbaycan musiqisinin nə qədər dərin köklərə və mənəvi zənginliyə malik olduğunu bir daha anlayacaqlar. Layihə yalnız bir mədəniyyət hadisəsi deyil, həm də bir dəyərin yaşadılması, milli irsimizin gələcəyə daşıdığı işıqdır”.

Sonra Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunub. Əsas obrazları Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova ifa ediblər.

Operanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı, Rafiz İsmayılov, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, baletmeysteri isə Əməkdar incəsənət xadimi Yuliana Elikşinzadədir.

Tarda ifa Xalq artisti Elçin Həşimova, kamançada müşayiət Əməkdar artist Elnur Əhmədova aid olub.

Opera Günləri iyunun 25-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri