Icma.az
close
up
RU
Heydər Əliyev siyasəti: Azərbaycanın inkişaf yolu və parlaq gələcəyi

Heydər Əliyev siyasəti: Azərbaycanın inkişaf yolu və parlaq gələcəyi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fikir dahilərindən birinin qeyd etdiyi kimi kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. Məhz hər zaman sevgi və ehtiramla əziz xatirəsini andığımız ən böyük azərbaycanlı Heydər Əliyev belə birləşdirici lider kimi xalqımızın taleyində əvəzsiz xidmətlər göstərərək ölümsüzlük qazandı. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əgər xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı, bu gün müstəqil Azərbaycan mövcud deyildi.

Onun siyasi səhnədə olmaması xalqımıza 20 Yanvar, Xocalı və digər unudulmaz faciələr, sarsıntılar yaşatdı. Ermənistanın ölkəmizə ərazi iddiaları o zaman başlandı ki, artıq Heydər Əliyev SSRİ rəhbərliyindən istefa vermişdi. Bunlardan sonra Azərbaycan sahibsiz, kimsəsiz, miskin bir duruma düşmüşdü. Amma xalqımızın əziz övladı Azərbaycanın dərdinə, yaşantılarına heç vaxt biganə qala bilməzdi. Bu baxımdan ötən əsrin sonlarında Heydər Əliyev yenidən siyasi səhnəyə qayıtdı. Amma Moskvadan idarə olunan, fikir plüralizmdən, demokratiyadan dəm vuran həmin o antimilli qüvvələr bu geridönüşün qarşısını almaq, Heydər Əliyevə var-gücləri ilə mane olmağa çalışırdılar. Ali Sovetin sessiyasında siyasi əxlaqsızlıq nümayiş etdirərək Heydər Əliyevə danışmaq imkanı belə vermək istəmədilər. Mikrafonu söndürmək kimi cılız hərəkətləri ilə guya Heydər Əliyevin səsini kəsməyə nail oldular. Amma başa düşmədilər ki, bu, həm də xalqın səsidir. Xalqın haqq səsini kəsmək mümkünsüzdür. Daha sonrakı iqtidar mənsublarının bütün maneçiliyinə, repressiyalarına baxmayaraq xalq siyasi səhnədə yenidən əziz övladını görmək arzusundaydı. Beləliklə, sosial problemlərdən bezən xalq vətəndaş itaətsizliyi göstərərək ölkə boyunca həmin qaragüruh siyasətçilərə etiraz əlaməti olaraq Heydər Əliyevin şəkilləri ilə meydana axışdı. “Bizi bu bəladan yalnız Heydər Əliyev qutaracaq” plakatları ilə aramsız mitinqlərlə qoşulan kütlə fikrində qəti və tələbində tam haqlı idi. Ölkədə yaranmış siyasi, sosial böhran, Gəncə hadisələri, separatizm alovu müstəqilliyimiz üçün ciddi təhdid yaratmışdı.
Vəziyyət o qədər mürəkkəb idi ki, o zamankı iqtidar mənsubları özləri də etiraf edirdilər ki, ölkəni bu uçurumdan yalnız Heydər Əliyev qurtara bilər. Xalqın təkidi ilə Ulu öndərin tarixi geridönüşü ilə Azərbaycan xilas oldu! Respublikamızın düşmənlərini məyus edən böyük Heydər Əliyev ölkənin daxili və xarici siyasət kursunu özünəməxsus bir ustalıqla dəyişərək dağılmış bir ölkədə xalqın arzuladığı dövləti qurmağı bacardı. Ümummilli liderin birbaşa rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu prosesinə start verildi və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühum addımlar atıldı. Respublikada bütun sahələrdə sürətli inkişaf dövrü başlandı. Azərbaycanı sivil dünyaya inteqrasiya etməklə xarici investorların diqqətini ölkəmizə cəlb edən Heydər Əliyev bütün təhdidlərə, çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi”ni reallaşdırmağa nail oldu. Bu müqavilə müstəqillik tariximizin siyasi, iqtisadi hadisəsi oldu. Beləliklə, Azərbaycanı sabitlik adasına çevirən Ümummilli lider gələcək qüdrətimizin təməlini qurdu.
Qeyd olunanlarla yanaşı Heydər Əliyev çox gözəl bilirdi ki, işğal altında olan Qarabağın və digər rayonlar sülh yolu ilə qaytarılmadığı təqdirdə müharibə qaçılmazdır. Məhz bu baxımdan Zəfər ordusu kimi tarixə möhür vuraraq xalqımıza qalibiyyət yaşadan Silahlı Qüvvələrimizin yaradılması, döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizdə həm iqtisadi, həm siyasi, həm də mənəvi-ideoloji baxımdan dövlətçilik ənənələrinin formalaşması kimi tarixə düşdü. Məhz həmin ənənələr Azərbaycanın təməl prinsiplərinə çevrildi. Ulu öndərin əsasını qoyduğu və müdrikcəsinə yürütdüyü strateji inkişaf xətti beyəlxalq arenadakı nüfuzumuzun yüksəlməsindən tutmuş, sadə vətəndaşın yüksək rifah halına qədər bütün sahələrdə özünü göstərməyə başladı. Bu mənada ərazi bütövlüyünü təmin etmiş, ən yüksək beynəlxalq tədbirlərə evsahibliyi edən, milli maraqlarını istənilən super dövlət qarşısında qorumaq gücünə malik qüdrətli Azərbaycan birmənalı şəkildə xalqımızın əziz övladı Heydər Əliyevin qurduğu, yaratdığı ölkədir!
Şansımız onda gətirdi ki, xalqımızın dünyanı heyran edən Heydər Əliyev kimi övladı oldu. Ötən əsrin əvvəllərində düşmən güclərin müstəqilliyimizi süquta uğradaraq endirdiyi, əsrin sonlarında yenidən ucaldılan, çox keçmədən enmək təhlükəsinin bir addımlığında olan müqəddəs bayrağımız Heydər Əliyevin xilaskarlığı ilə qətiyyətlə qorundu. Üçrəngli bayrağımız başımızın üzərində azadlığımızı bizə nişan verirmiş kimi əbədi dalğalanmağa başladı.
Böyük Heydər Əliyev belə lider oldu və şərəfli həyatı hər birimiz üçün etalona, nümunəyə çevrildi. O, bu gün cismən aramızda olmasa da, ümummilli lider kimi əbədi olaraq qəlbimizdə yaşayır. Təsəllimiz xalqımızın bu dahi övladının qurduğu müstəqil dövlətimizdir. Ölkənin ərazi bütövlüyünü tam təmin edərək tarixləşən qüdrətli liderimiz və bütövləşən Vətənin hər yerində dalğalanan bayrağımız xalqımızı yeni qələbələrə qovuşduracaq.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri