Icma.az
close
up
RU
Heydər Əliyev və Azərbaycan gəncliyi

Heydər Əliyev və Azərbaycan gəncliyi

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Məlum olduğu kimi, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir.

Ümummilli Lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir. Gənclərlə bağlı bütün məsələlərin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə yol açan fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə müsbət təsir göstərmişdir.

Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetiriblər.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri təhsil sahəsini əhatə edir. Gənclərin dünyəvi, yüksək səviyyədə təhsil almaları üçün müasir standartlara uyğun infrastruktur yaradılmışdır. Qabaqcıl proqramları çərçivəsində xarici ölkələrdə təhsil almaq üçün yaradılan imkanlar gənclərin yüksək ixtisaslı mütəxəssislər olaraq yetişməsinə şərait yaradır.

Gənclərlə bağlı sosial-iqtisadi məsələlərin həlli istiqamətində bir sıra təşəbbüslər həyata keçirilmişdir. Gənc sahibkarlara dəstək məqsədilə güzəştli kreditlər, startap layihələrinə maliyyə yardımları təmin edilmişdir. Bu cür təşəbbüslər gənclərin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərərək ölkənin inkişafına mühüm töhfələr verməsini mümkün edir.

Prezident İlham Əliyev, həmçinin gənclərin ictimai-siyasi həyatda fəal iştirakını təşviq edir. Həyata keçirilən proqramlar gənclərin liderlik bacarıqlarının inkişafına, eləcə də cəmiyyətin müxtəlif sahələrində təmsil olunmasına imkan verir.

Gənclərin beynəlxalq aləmdəki uğurları da dövlətin gənclər siyasətinin səmərəliliyinin göstəricisidir.

Azərbaycan gənclərinin potensialını üzə çıxarmaq, onların təhsil və iş imkanlarını yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Əsas hədəf gənclərin hərtərəfli inkişafını təmin etmək, müasir çağırışlara cavab vermək və ölkənin gələcəyini qurmaqdır.

2 fevral – Azərbaycan Gəncləri Günü gələcək hədəflərin təyin edilməsi, yeni ideyaların ortaya qoyulması və gənclərin inkişafı üçün daha geniş imkanların yaradılması üçün mühüm imkan – önəmli çağırışdır. Gənclər gələcəyin qurucuları kimi sabahın liderləri olacaqlar. Dövlət başçısının gənclərə göstərdiyi diqqət yalnız cəmiyyətin bu mühüm təbəqəsinin inkişafına deyil, həm də ölkənin parlaq gələcəyinə xidmət edir.

Mehman Ramazanov

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri