“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi praktiki seminar keçirəcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 5 may, AZƏRTAC
Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə təşkil olunacaq elmi seminar mayın 7-də ittifaqın Üzeyir Hacıbəyli adına konsert zalında təşkil olunacaq.
Seminarda Ulu Öndərin musiqi, kino, təsviri incəsənət, ədəbiyyat və bu kimi sahələrə göstərdiyi qayğı və diqqətdən bəhs olunacaq. Tədbirdə iştirak edən elm və incəsənət xadimləri mövzularla bağlı öz tədqiqatlarını, düşüncə və xatirələrini bölüşəcəklər. Eyni zamanda Heydər Əliyevin sevdiyi musiqi əsərlərindən də nümunələr səslənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















