Icma.az
close
up
RU
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi praktiki konfrans keçirilib

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi praktiki konfrans keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazax, 23 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə bildirilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük hadisə idi. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməlini qoyub.

Konstitusiyanın hazırlanması bir daha sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Dahi şəxsiyyət hər zaman dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu bildirirdi. Hazırda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan, tarixin qüdrətli dövrünü yaşayır. Dövlətçilik tariximizin ən mühüm hadisəsi tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşıb.

Azərbaycan bu gün müasir standartlara cavab verən böyük elmi, milli təhsil sistemi olan ölkəyə çevrilib. Bütün qanunlar Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyaya istinad edir. Konstitusiyamızda təhsillə bağlı əsaslı, mütərəqqi məsələlər öz təsbitini tapıb. Konstitusiyamızda hər bir vətəndaşın təhsil almaq hüququ var və bu dövlət səviyyəsində təmin olunur. Ölkəmizdə hər bir vətəndaşın təhsil hüququ bərabərdir, sosial baxımdan həssas qrupların təhsilinə hər zaman dövlət tərəfindən maddi, mənəvi yardımlar və dəstək göstərilir, bir sıra təhsil proqramları və layihələri həyata keçirilməklə insanların təhsil səviyyəsi dövlətin nəzarətində inkişaf edir.

Qeyd olunub ki, konstitusiyamızın 158 maddəsindən 48-nin insan hüquq və azadlıqlarının təminatını əks etdirməsi Azərbaycanda vətəndaşın daim dövlətin diqqət və qayğısında olmasının nümunəsidir. Ədalət və bərabərlik prinsipləri əsasında insanların hüquq və azadlıqlarının Konstitusiyamızda geniş yer alması, beynəlxalq hüquq normalarına uyğun şəkildə qorunması dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu isə insan haqları və milli inkişafın əsas şərtlərindəndir.

Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Konstitusiyaya həsr olunmuş kompozisiya nümayiş etdirib, Şəlalə Ağayevanın “Sən qalibsən, Azərbaycan” şeirini səsləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 03:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri