Icma.az
close
up
RU
Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi ŞƏRH

Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İyunun 4-də YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Samux rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib.
Öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, gənc nəslin milli ruhda formalaşdırılmasına, vətənpərvərlik tərbiyəsinə hər zaman xüsusi diqqət yetirib. Qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində Azərbaycanda savadlı, vətəninə bağlı və milli dəyərlərə sadiq gənclər nəsli yetişib.
Gündüz Bayramov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti ölkəmizin gələcəyinin etibarlı təminatıdır. Qeyd edib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, onların dövlətçilik ənənələrinə bağlı yetişdirilməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir.
Daha sonra tədbirdə iştirak edən Samux Rayon İcra Hakimiyyətinin məsul işçisi Səmra Məsimzadə, Samux rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Tural Qurbanov və partiya fəalları Təhminə Nəsibova, Ramin Bayramov, Elnaz Cəfərova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda formalaşmasında misilsiz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sədaqətli gənclərin yetişdirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.
Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə gənclərimizin yüksək vətənpərvərlik ruhunun, dövlətə və xalqa bağlılığının parlaq təzahürüdür. Şəhidlərimizin qəhrəmanlığı və göstərdikləri şücaət gələcək nəsillər üçün örnəkdir. Bu baxımdan gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli ruhda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri