Heydər Əliyevdən başlayan inkişaf bu gün dünyaya nümunədir Vüqar Bayramov
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan dünyanın ən böyük tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi. WUF13-də Bakıda 45 mindən artıq iştirakçı qeydiyyata alındı ki, bu da bütövlükdə WUF sessiyaları tarixində ən yüksək göstəricidir".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov qeyd etdi.
"Azərbaycan şəhərsalma ənənəsinə və bu istiqamətdə təqdim olunan mexanizmlərə görə regionda fərqlənən ölkələrdəndir və bütövlükdə şəhərsalma ənənəsi, eyni zamanda şəhərsalma sahəsində əldə edilən uğurlar, o cümlədən təbii ki, paytaxt daxil olmaqla bir sıra digər şəhərlərimizin inkişafı birbaşa ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə təsadüf edir. Birbaşa məhz ulu öndərin həm keçmiş SSRİ dövründə Azərbaycanda, eləcə də keçmiş SSRİ hakimiyyətinin təmsil olunduğu dövrlərdə həyata keçirilən siyasətlə bağlıdır. Çünki Bakının inkişafı birmənalı şəkildə 1969-cu ildə reallaşan siyasət və həyata keçirilən dəstək nəticəsində mümkün oldu. Ona görə də Azərbaycanda şəhərlərin və xüsusən də Bakının inkişafı birmənalı şəkildə infrastrukturun formalaşması, yeni sənaye və digər müəssisələrin qurulması milli liderin adı ilə bağlıdır. Məhz onun siyasətinin əsasında Bakı keçmiş SSRİ dövründə Sovet İttifaqının aparıcı şəhərlərindən birinə çevrildi. Bu ənənə, təbii ki, cənab prezidentin dövründə davam etdirildi, daha da genişləndi. Nəzərə alsaq ki, artıq yeni şəhərlərin salınması həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur bərpa olunur, yenidən qurulur və təbii ki, bütün bunlar da ondan xəbər verir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə həm şəhərsalmada, həm post-münaqişə dövründə yeni yaşayış məntəqələrinin bərpasında, "ağıllı şəhər", "ağıllı kənd" modelinin istifadəsində nəinki regional, hətta bəzi məsələlərdə qlobal səviyyədə uğura imza atan ölkələrdəndir və sözsüz, Azərbaycan WUF13-ə ev sahibliyi etməklə bu sahədəki uğurlarını qlobal ictimaiyyətə bir daha təqdim etmiş oldu", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 May 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















