Icma.az
close
up
RU
Heydər Əliyevin dövlət quruculuğunda milli iqtisadiyyat konsepsiyası Ümummilli Liderin iqtisadi strategiyası ilə Azərbaycanda davamlı iqtisadi artımın və gələcək uğurların əsası qoyuldu

Heydər Əliyevin dövlət quruculuğunda milli iqtisadiyyat konsepsiyası Ümummilli Liderin iqtisadi strategiyası ilə Azərbaycanda davamlı iqtisadi artımın və gələcək uğurların əsası qoyuldu

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

Müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əsaslı dəyişikliklər baş verdi. Azərbaycanın iqtisadi yüksəlişi üçün sistemli tədbirlər reallaşdırıldı. Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklər baş verdi. İqtisadi inkişafa, qlobal iqtisadiyyata inteqrasiyaya və rifah yüksəlişinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılmasına başlanıldı. Həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata investisiyalar cəlb olundu, həyat səviyyəsi xeyli yüksəldi.

Uğurlu islahatlar üçün müstəqillik dövrünün tələblərinə uyğun olaraq, qanunların müasirləşdirilməsi, yeni qanunların qəbulu zəruri idi. Bu prosesin optimal şəkildə yekunlaşması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmalı idi. Heydər Əliyev qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunları Milli Məclisə təqdim edərək onların demokratik prinsiplər və aşkarlıq şəraitində müzakirəsini təşkil etdi. Həmin qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Ulu Öndərin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox fərman və sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı təsdiq olunub. Bu normativ-hüquqi sənədlərin başlıca məqsədini müstəqil dövlətin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin olunması təşkil edirdi. Ümumilikdə 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim edilmişdi.

Heydər Əlyevin iqtisadi strategiyası əsasında neft faktorundan məharətlə istifadə olunması da ölkəmizin davamlı sosial-iqtisadi inkişafının əsas səbəbləri sırasında xüsusi qeyd edilməlidir. 1994-cü ilin 20 sentyabrında böyük xarici təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi" imzalandı. Bu tarixi sənəd dünya ölkələri ilə uğurlu əməkdaşlığın qarantına çevrildi. Sazişin ardınca bu sahədə tərəfdaşlığa dair yeni razılaşmalar əldə edildi, ölkəyə sərmayə yatırımı təşviq olundu. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoydu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutları şaxələndirildi. Azərbaycanın enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Heydər Əliyevin neft strategiyasının ən böyük uğurlarındandır. Çox mürəkkəb geosiyasi maneələr dəf edilməklə reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan boru kəməri iqtisadi tərəqqidə yeni mərhələnin başlanmasına vəsilə oldu. Azərbaycan qazının Qərbə ixracı üçün Cənubi Qafqaz Boru kəmərinin inşasına başlanıldı.

1999-cu ildə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitləri prioritet sahələrin inkişafına və önəmli layihələrin gerçəkləşdirilməsinə yönəltmək məqsədilə Dövlət Neft Fondu yaradıldı. Fondun başlıca məqsədi neft və qaz hasilatından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi idi. Bu gün də fondun fəaliyyətinin səmərililiyi və şəffaflığı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət sayəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, bütün sahələrdə islahatlara başlanıldı, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Neft-qaz sənayesi ilə yanaşı, digər sahələrin də inkişafını təmin etmək üçün mühüm tədbirlər həyata keçirildi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasəti sayəsində TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli enerji tranziti ölkəsinə çevrildi.

1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, qiymətlərin sərbəstləşdirilməsi və digər tədbirlər kənd təsərrüfatında ciddi irəliləyişlərə səbəb oldu. Uğurla həyata keçirilən torpaq islahatı aqrar sektorun inkişafının əsasını qoydu. 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanıldı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Bunlarla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıldı. Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın təmin olunması məqsədilə aqrar məhsul istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzunmüddətli vergi güzəştləri verildi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması üçün Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə mindi. Vətəndaşların rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, iqtisadiyyatın və azad sahibkarlığın inkişafına dair müddəalar Konstitusiyada təsbit olundu.

Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə seçilirdi. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, iş adamlarına maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Biznesin vergi yükünün azaldılması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi tətbiq edilməyə başlandı.

1995-2003-cü illər regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi xarakterizə olunur. Bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, reallaşdırılan özəlləşdirmə proqramları, milli sahibkarlar sinfinin formalaşması ilə regionların hazırkı inkişafına əlverişli zəmin yaradıldı. Bu iqtisadi siyasət gələcəkdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının təminatçısına çevrildi.

Sosialyönümlü siyasət sayəsində artıq 1996-cı ildən müsbət sosial göstəricilər müşahidə olunmağa başladı. Müxtəlif fərman və sərəncamlarla hərbi, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqları, pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və ərazi bütövlüyümüzün müdafiəsi uğrunda əlil olanların pensiya və müavinətləri dəfələrlə artırıldı, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis olundu. Qaçqın və məcburi köçkünlərin maddi durumunun və yaşayışının yaxşılaşdırılması üçün bir sıra qanunlar qəbul edildi, fərman və sərəncamlar imzalandı.

Heydər Əliyevin iqtisadi strategiyası sayəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində investisiya qoyuldu.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi, ölkəmiz Cənubi Qafqazın liderinə, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısına çevrildi.

Ulu Öndərin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni iqtisadi uğurlara imza atdı. İqtisadi qüdrətimizin artması, ordu quruculuğunda qazandığımız nailiyyətlər, cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti və qəhrəman xalqımızın onun ətrafında bir yumruq kimi birləşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Çevik və innovativ iqtisadi yanaşmalar, əlverişli biznes və investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun şaxələndirilməsi, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see224

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see221

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see160

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see156

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see151

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see149

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see144

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see142

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see137

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see134

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see134

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see133

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see129

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see127

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see126

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see125

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see125

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see124

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see123

Umar Nurməhəmədov Mario Bautista ilə döyüşdə yıxılmasının səbəbini izah edib

26 Oktyabr 2025 12:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri