Heydər Əliyevin xatirəsinə həsr olunmuş tennis turnirində ilk həftə başa çatdı Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa Tennis Turnirlərində 14-16 yaşlı idmançıların mübarizəsində ilk həftə başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda 13 ölkədən olan 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edib.
Bu idmançılar Azərbaycan, Türkiyə, Belarus, Rusiya, Qazaxıstan, Almaniya, Ukrayna, Polşa, Yaponiya, İsrail, Kanada, Avstriya, Gürcüstanı təmsil edib.
Yerli idmançılarımızdan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova çıxış edib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin son günündə qaliblərin adlarına aydınlıq gəlib. Mükafatlandırma mərasimində fərqlənənlərə diplom, medal və kubok təqdim olunub.
Qeyd edək ki, Avropa Tennis Turnirlərinə mayın 25-i yekun vurulacaq.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















