Icma.az
close
up
RU
Heydər Əliyevlə bir kadrda 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

Heydər Əliyevlə bir kadrda 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir foto ömrün bir anını saxlayır.

Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş şəxslər əks olunub.

Fotoda 1980-ci ildə Azərbaycan SSR-də kitab sənayesinə həsr olunmuş tədbirdə çəkilib.

Şəkildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş mərhum Heydər Əliyev və Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri Marat Allahverdiyevdir. Sol tərəfdə isə “Gənclik” nəşriyyatının o zamankı direktoru, yazıçı Əzizə Əhmədova, “Azərnəşr” nəşriyyatının direktoru Əjdər Xanbabayev durub.

Mərhum Heydər Əliyev tərəfindən məsul vəzifəyə irəli çəkilərkən Marat Allahverdiyevin cəmi 34 yaşı olub.

O, müxtəlif vəzifələrdə çalşıb. Dəmir-beton zavodunun direktoru, Azərbaycan SSR Rabitə Nazirliyində Rabitə Montaj-Tikinti Trestinin rəhbəri olub. Daha sonra Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri vəzifəsində çalışıb. M. Abdullayev eləcə də məşhur “Bərpaçı” mərkəzinin rəisi olub.

Marat Allahverdiyev sonrakı illərdə Azərbaycan mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi mühüm dövlət vəzifələrində çalışıb.

Texniki elmlər doktoru Marat Allahverdi oğlu Allahverdiyev 1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

O, 2015-ci ildə vəfat edib. Milli Məclisin sabiq deputatı Elnur Allahverdiyev Marat Abdullayevin oğludur.

Əjdər Xanbabayev Azərbaycan SSR Elmlər Akademiyasının “Elm” nəşriyyatının direktor, 1972–1978-ci illərdə “Azərnəşr”, 1978–1986-cı illərdə isə “Yazıçı” nəşriyyatının direktoru olub.

1986-cı ildə Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1989-cu ildə yenidən “Azərnəşr” nəşriyyatının direktoru olmuş və ömrünün sonunadək bu vəzifədə çalışıb. Əjdər Xanbabayevin nəşriyyat sahəsində fəaliyyəti dövründə 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”, 50 cildlik “Dünya uşaq ədəbiyyatı” seriyası, “Dünya ədəbiyyatı kitabxanası”nın ilk 30 nəşr edilib.

1990-cı ilin yanvarında 20 Yanvar faciəsi haqqında Azərbaycan və rus dillərində nəşr olunan “Qara yanvar” kitabının hazırlanmasına və çapına rəhbərlik edib.

Ə.Xanbabayevin taleyi faciəvi olub.

Əjdər Xanbabayev 1989–1990-cı illərdə Heydər Əliyevin Azərbaycana qayıtmasını dəstəkləyən və bu istiqamətdə fəaliyyət göstərən şəxslərdən biri olub. O, 30 may 1990-cı ildə Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnərək öldürülüb. Qətllə bağlı 1995-ci ildə aparılan istintaq nəticəsində Tofiq Qasımov və Tarix Quliyev həbs edilib.Məhkəmənin hökmü ilə Tofiq Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib, Tarix Quliyev isə ölüm cəzasına məhkum olunub. Sonradan Tarix Quliyevin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilib.

İstintaqın versiyasına görə qətl Əjdər Xanbabayevin Heydər Əliyevin Azərbaycana qayıtmasını dəstəkləməsi ilə əlaqədar təşkil edilib. 17 yanvar 1996-cı ildə Azərbaycan Prokurorluğu Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynovu (və “Böhran” qrupunu) qətlin təşkilində ittiham edib.2001-ci ildə DTK-nın keçmiş əməkdaşı Sadıx Əliyev bu və digər cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilib.

Fotoda əks olunan Əzizə Əhmədova azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktorudur. O, 1967-ci ildə isə “Gənclik” nəşriyyatına direktor təyin edilib. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bir müəllif kimi onlarla kitabı dərc olunub. Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilirdi. Bunlardan “Xınalı qayalar”, “Yaz qarı”, “Onu çiçəklər sevdi”, “Bu ellərə vurulmuşam”, “Bir ürək sındırmışam”, “Çiçəklərim” və digərlərinin adlarını sadalamaq olar.

Əzizə Əhmədova tərçüməçi kimidə böyük işlər görüb. V. Hauf, A. Kuprin, A. Qaydar, İ. Franko, S. Magilevskaya, C. Barri, M. Prilejayeva, A. Rıbakov, A. Lindqren və onlarla başqalarının əsərləri məhz azərbaycan dilinə tərcümə edibr.

1985-ci ildə Əzizə xanımın yeni kitabı olan “Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları” böyük əks-səda doğurdu.O, 2003-cü ildə Bakıda vəfat edib.

AzPost.az

Post navigation

Previous: Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Noyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri