Icma.az
close
up
RU
Heydər Əliyevlə Vasif Talıbovun evində görüşmüşdüm Sülhəddin Əkbər

Heydər Əliyevlə Vasif Talıbovun evində görüşmüşdüm Sülhəddin Əkbər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir müddət əvvəl Müsavat Ali Məclisinin sədri Arif Hacılı Sülhəddin Əkbərlə bağlı bir sıra iddialar irəli sürüb. Arif Hacılı Facebook hesabında Sülhəddin Əkbərin vaxtilə Heydər Əliyevdən ona yüksək vəzifə verilməsini istədiyini yazıb.

Modern.az Sülhəddin Əkbərlə əlaqə saxlayaraq, bu iddiaya münasibət öyrənib.

Saytımıza açıqlamasında S.Əkbər bunları deyib:

"Mən Xalq Cəbhəsi İdarə Heyətinin üzvüydüm. İdarə Heyəti 15 nəfərdən ibarət olub. Yəni Xalq Cəbhəsinin liderlərindən biriydim. 20 Yanvar hadisələrindən sonra Heydər Əliyev Naxçıvana gəlmişdi. Çalışırdı ki, Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri ilə əlaqə qursun, tanımadıqları ilə tanışlıq yaratsın. Mən bir neçə dəfə Heydər Əliyevlə görüşdən imtina etmişəm. Yalnız bir dəfə Naxçıvanda görüş olub. Vasif Talıbovun evində görüşmüşük. O zaman Heydər Əliyev heç millət vəkili də deyildi. Həmin görüşə də Naxçıvanda bir hörmətli şəxsin təkidi ilə onun görüşünə getdim. İndi o rəhmətə gedib, ad çəkmək istəmirəm. Hamı gedib görüşmüşdü, bir mən qalmışdım. Yoldaşlar da dedilər ki, yaxşı alınmır, sadəcə tanışılıq üçün görüş olacaq. O zaman da, sonra da heç bir vəzifə istəyim olmayıb".

S.Əkbər bildirib ki, həmin dövrdə o, həm də Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olub. 
"1992-ci ildəki 15 may hadisələri zamanı mən ümumiyyətlə Xalq Cəbhəsinin üzvü deyildim. Biz artıq Azərbaycan Demokrat Partiyasını yaratmışdıq. Ona görə də kadr dəyişikliyilə bağlı müzakirə gedən danışıqların heç birində mən iştirak etməmişəm. Mən o zaman Milli Şuranın üzvüydüm, zalda əyləşirdim. Orada hansı söhbətlər gedib, mənim adımı kimlər, nə məqsədlə çəkiblərsə, ancaq sonradan bilmişəm", - S.Əkbər əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri