Icma.az
close
up
RU
Heydər Məmmədov Monqolustanda beynəlxalq tədbirdə iştirak etdi

Heydər Məmmədov Monqolustanda beynəlxalq tədbirdə iştirak etdi

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci ilin 4-5 iyun tarixlərində Monqolustanın Ulan-Bator şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 10-cu Regional Konfransında iştirak edib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Mərkəzi Asiya və Avropa ölkələrinin prokurorluqlarını bir araya gətirən mötəbər tədbirin rəsmi açılış mərasimində Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux konfrans iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Konfrans çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı, sosial medianın müasir çağırışlar fonunda hüquqi aspektləri və kibercinayətkarlıqla mübarizə sahəsinə təsiri kimi aktual məsələlər müzakirə olunub.

Baş prokurorun müavini Heydər Məmmədov konfransda təqdimatla çıxış edərək, tərəqqi yönümlü islahatların informasiya-kommunikasiya texnologiyaları, suni intelekt və rəqəmsal media sferalarını da əhatə etdiyini vurğulanıb.

Bu kontekstdə sosial mediadan daha səmərəli istifadə məsələlərinə də toxunan Heydər Məmmədov təhlükəsiz sosial media mühitinə xidmət edən hüquqi tənzimləmə mexanizmlərinin tətbiqi imkanlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Heydər Məmmədov medianın və sosial şəbəkələrin cinayətlərin aşkar olunması, onların qarşısının alınmasında effektiv istifadə edilməsi, Azərbaycanda sosial media sahəsində normativ hüquqi bazanın gücləndirilməsi və bu kontekstdə beynəlxalq tələblərə cavab verən standartların tətbiqi istiqamətində keçirilən tədbirlər barədə məlumat verib.

Həmçinin Bakıda uğurla keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının beynəlxalq hüquq əməkdaşlığına verdiyi töhfə xüsusi vurğulanıb.

Tədbirin gedişində Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqınla, habelə Çin, Nepal, Avstriya, Zimbabve, Tajikistan və Qazaxıstan kimi ölkələrin prokurorluq nümayəndələri ilə görüşlər keçirərək hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri