Icma.az
close
up
RU
Heydər Oğuz: Naxçıvanda muxtariyyətin davam etməsinin heç bir məntiqi əsası yoxdur. SÖHBƏT

Heydər Oğuz: Naxçıvanda muxtariyyətin davam etməsinin heç bir məntiqi əsası yoxdur. SÖHBƏT

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Konstitusiya dəyişikliyi doğru addımdır


Talıbov dövründəki rejimlə indiki vəziyyəti eyniləşdirmək olmaz


Naxçıvanda son günlərdə siyasi və inzibati islahatlar yeni mərhələyə keçib. Vasif Talıbovun 2022-ci ildə vəzifədən uzaqlaşdırılmasından sonra başlayan dəyişikliklər bu gün artıq struktur səviyyəsində dərinləşir.

2025-ci ilin iyununda Naxçıvan Konstitusiyasına dəyişikliklər təklif olunub. Bu dəyişikliklərlə Muxtar Respublikanın Nazirlər Kabineti birbaşa Prezidentə tabe ediləcək, paralel idarəetmə strukturları ləğv olunacaq. Məqsəd – Naxçıvanın mərkəzi hakimiyyətə tam inteqrasiyası və idarəetmədə səmərəliliyin artırılmasıdır.

Bununla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı gözləntilər də bölgənin muxtariyyət statusunu yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, bu status tarixi təhlükələrə görə verilsə də, bu gün üçün aktuallığını itirib.

Hazırda əsas gözlənti – bu hüquqi dəyişikliklərin əhalinin gündəlik həyatına da müsbət təsir göstərməsidir.

Mövzu ilə bağlı suallarımızı tanınmış siyasi şərhçi Heydər Oğuza ünvanladıq. 

Sherg.az müsahibəni təqdim edir: 


- Salam, Heydər bəy. Sizcə Naxçıvanda Konstitusiya dəyişikliyinə gedilməlidir?

-Naxçıvanın hazırkı konstitusiyası imkan yaradır ki, istənilən şəxs gəlib orada özbaşına davrana, hətta Naxçıvanı Azərbaycandan ayrı, separatçı mövqedə göstərə bilər. Necə ki, bunu vaxtilə Vasif Talıbov etmişdi. Vasif Talıbovun vəzifədən uzaqlaşdırılmasının əsas səbəblərindən biri də o idi ki, o, Naxçıvanı demək olar ki, müstəqil bir dövlət kimi idarə edirdi. Azərbaycandan fərqli qanunlar qəbul edir, fərqli idarəetmə tətbiq edirdi. Halbuki bu vəziyyətə son qoyulmalı idi. Vasif Talıbov Naxçıvanın blokada şəraitində olmasını bəhanə edərək, onu Azərbaycandan ayrı kimi göstərməyə çalışırdı.

Əslində, blokada şəraitinin muxtariyyətlə heç bir əlaqəsi yoxdur.


- Naxçıvanın muxtariyyət statusu nə üçün saxlanılır?

-Muxtariyyətlər adətən milli azlıqlara verilir. Naxçıvanda isə milli azlıq yoxdur. Bu statusun verilməsi tarixi bir məsələ idi. O dövrdə konstitusiya qəbul ediləndə, bölgənin ermənilərə verilməsi ehtimalı vardı. Hətta həmin vaxt orada 10–20% erməni yaşayırdı. Amma sonradan onlar Naxçıvanı tərk etdilər. Hazırda orada erməni yoxdur. İndi bu muxtariyyəti kim üçün saxlayırlar? İddia olunur ki, sonra bu statusu başqa separatçılara – məsələn, kürdlərə verə bilərlər. Halbuki Naxçıvanda kürd əhalisi də çox azdır – bəlkə bir-iki kənddə var. Yəni, bu gün muxtariyyətin davam etməsinin heç bir məntiqi əsası yoxdur. 


-Naxçıvandakı idarəçilik strukturlarında hansı problemlər mövcuddur?

-Naxçıvanda bir çox vəzifələr ikiqat şəkildə fəaliyyət göstərir – biri Muxtar Respublikanın vəzifəsidir, digəri isə şəhərin. Məsələn, biri Daxili İşlər nNazirliyini təmsil edir, digəri isə Naxçıvan Polis İdarəsini. Eyni işi görən paralel strukturlar fəaliyyət göstərir. Bu paralellik isə idarəçiliyə zərər verir. Ona görə də konstitusiya mütləq dəyişdirilməlidir.

Digər tərəfdən, Naxçıvana ayrılan pullar daha çox məmurlar tərəfindən mənimsənilirdi. Datasiya ilə (büdcə yardımı ilə) verilən pullar vətəndaşlara çatmırdı. Halbuki həmin vəsaitlər düzgün istiqamətləndirilsə, Naxçıvanda iqtisadi vəziyyəti yaxşılaşdırmaq mümkündür. Məncə, konstitusiya dəyişikliyi doğru addımdır.

-Muxtariyyət statusunun beynəlxalq siyasi tərəfləri varmı?

-Muxtariyyət statusu təkcə formal məsələ deyil – onu bəzi xarici dairələr, xüsusən Rusiyapərəst və İranpərəst qüvvələr siyasi alət kimi istifadə edirdilər. Onların iddiası bu idi ki, Naxçıvan Azərbaycanın qalan hissəsi ilə əlaqəsi olmadığı üçün muxtariyyət statusu saxlanılmalıdır. Amma Zəngəzur dəhlizi açılsa, bu bəhanələr də ortadan qalxacaq.

Mən düşünürəm ki, İran daxilində yaranmış vəziyyət və Rusiyanın bölgədə zəifləməsi Azərbaycana imkan verəcək ki, təkcə dəhlizdən yox, ümumiyyətlə, Zəngəzurun Azərbaycanın tarixi torpağı olaraq geri qaytarılması ideyasını gündəmə gətirsin.

-Vasif Talıbov dövrü ilə indiki dönəmi necə müqayisə edərdiniz?

-Vasif Talıbov dövründəki bir çox qanunsuzluqların bəziləri hələ də qalmaqdadır. Hətta bəziləri daha da genişlənib. Amma Talıbov dövründəki rejimlə indiki vəziyyəti eyniləşdirmək olmaz. O vaxt Naxçıvanda tam despot idarəçilik hökm sürürdü – insanlar azad danışa bilmirdilər. Danışanı isə ya həbs edirdilər, ya da psixi xəstəxanaya salırdılar. İndi belə hallar yoxdur. Amma bu dəyişikliklər hələlik insanların həyatına ciddi təsir etməyib. Əksinə, bəzi yerlərdə iş yerləri ixtisar olunub və bu da iqtisadi vəziyyəti pisləşdirib.


-Mövcud problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

-Naxçıvanla bağlı ciddi iqtisadi layihələr hazırlanmalıdır. İnsanların işgüzar fəaliyyəti artırılmalı, yeni iş yerləri yaradılmalıdır. Bunsuz Naxçıvandakı vəziyyəti dəyişmək mümkün deyil. Ən vacib məsələ odur ki, insanlar Naxçıvandan köçməkdə davam edirlər. Bu isə bölgənin müdafiəsini də zəiflədir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan hakimiyyəti Naxçıvana ciddi sərmayələr yatırmalı, insanların orada yaşaması, işləməsi və dolanması üçün real imkanlar yaratmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see210

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see131

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri