Icma.az
close
up
RU
“Valideynlərin övladlarını rus bölməsinə yazdırmasının məntiqi əsası yoxdur” Ekspert

“Valideynlərin övladlarını rus bölməsinə yazdırmasının məntiqi əsası yoxdur” Ekspert

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Son dövrlərdə təhsil müəssisələrinin rus bölmələrində Azərbaycan dilinin tədrisinin gücləndirilməsi məsələsi yenidən gündəmə gəlib.
Yeniavaz.com
xəbər verir ki, xüsusilə rus və ingilis bölmələrində təhsil alan bəzi şagirdlərin Azərbaycan dilində sərbəst danışa bilməməsi cəmiyyətdə narahatlıq doğurur.
Bu səbəbdən bir sıra fənlərin məcburi qaydada Azərbaycan dilində tədris olunması planlaşdırılır.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, azərbaycanlı ailələrin övladlarını məqsədli şəkildə rus bölməsinə yazdırmasının məntiqi əsası yoxdur:
“Digər dil bölmələri ölkədə yaşayan azsaylı millətlərin nümayəndələrinin təhsil alması üçün yaradılıb. Bizim Azərbaycan vətəndaşları arasında nə valideyn rus dilini bilir, nə də ətraf mühit rusdillidir. Buna baxmayaraq, hansısa ideoloji təsirin nəticəsində valideyn övladını rus bölməsinə qoyur və nəticədə uşağı yarımçıq vəziyyətə salır. 40–50 nəfərlik sinifləri araşdırsaq görərik ki, onların 70–80 faizi azərbaycanlı ailələrin övladlarıdır. Valideyn özü də uşağa dərslərdə kömək edə bilmir və məcbur repetitor axtarışına çıxır. Lakin dil öyrənmək adı ilə uşağın rus ideologiyası ilə böyüməsi nə dərəcədə doğrudur? Bunun qarşısı hansısa üsulla alınmalıdır”.
Elçin Əfəndiyev vurğulayıb ki, Azərbaycan vətəndaşı olan hər kəs ilk növbədə dövlət dilini öyrənməli və ona hörmətlə yanaşmalıdır:
“Bu ölkədə yaşayırıqsa, öz dilimizi bilməliyik. Nazirlik və dövlət milli təhsil strategiyasını ortaya qoyaraq milli kimliyə çağırış edir. Xüsusilə ibtidai siniflərdə Azərbaycan dilini kənara qoyub başqa dildə təhsil almaq düzgün yanaşma deyil. Rus bölməsində oxuyan şagirdlər üçün Azərbaycan dili dərs saatları artırılmalı, xüsusilə tarix fənni Azərbaycan dilində tədris olunmalıdır”.
Elçin Əfəndiyev hesab edir ki, bu istiqamətdə veriləcək qərarlar təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək:
“İnsanlar görəcəklər ki, Azərbaycan bölməsi daha keyfiyyətlidir. Alternativ olaraq ingilis bölməsində də təhsil almaq mümkündür. Şagirdin bilmədiyi dildə dərsliyi qavraması çətindir. Əgər şagird rusdillidirsə və rus millətinin nümayəndəsidirsə, rus dilində təhsil ala bilər. Amma Azərbaycan Respublikasının vətəndaşı olan hər bir şəxsin borcu Azərbaycan dilində təhsil almaqdır”.
Fəridə Əsədzadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri