Icma.az
close
up
RU
Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamı

Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamı

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Ölkəmizdə gənclərin sosial müdafiəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi ilə bağlı həyata keçirilən coxşaxəli tədbirlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamıdır.
Hər il ölkəmizdə təntənə ilə qeyd edilən 2 Fevral - Gənclər Günü də gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyən edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında gənclərimizin xüsusi payı var. Azərbaycan gənci Müzəffər Ali Baş Komandanın bir əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazır olduqlarını nümayiş etdirdilər.
On minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə ərazi şöbələrinə müraciət etdi. Əslində bu müraciətlər gənclərin Vətənə hesabatı oldu.
Əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə əzmlə, mərdliklə xidmət etmək, Vətən uğrunda döyüşmək, Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycanın hər bir gəncinin vətənpərvərlik fəlsəfəsinə çevrilmişdi.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi bir terror şəbəkəsini zərərsizləşdirmək, regiona sülh, əmin-amanlıq gətirməklə yanaşı, milli birliyimizin, Azərbaycan gənclərinin gücünün, qüdrətinin göstəricisi oldu.
Bu gün öz bayramını - Gənclər Gününü qeyd edən Azərbaycan gənci gələcəyə ümidlə, həvəslə baxır. Bu gün onun güclü dövləti, sarsılmaz ordusu, Müzəffər Sərkərdəsi var.
Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri