Icma.az
close
up
RU
“The Jerusalem Post” Şəhriyarın “Heydərbabaya salam” poemasından iqtibas gətirib

“The Jerusalem Post” Şəhriyarın “Heydərbabaya salam” poemasından iqtibas gətirib

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Təbrizdə keçirilən mədəniyyət həftəsində çıxış edən İran Prezidenti Məsud Pezeşkianın ana dilində şer oxuması vacib məqam idi, çünki zalda şeiri bəyənəcək azərbaycanlılar əyləşmişdi. Eyni zamanda bu, müxtəlif mədəniyyətləri özündə birləşdirən qədim Azərbaycan şəhəri Təbrizin mədəniyyətini qeyd edən tədbirin bir hissəsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın nüfuzlu nəşrlərindən "Jerusalem Post"da dərc olunmuş "İran prezidenti Pezeşkian mədəni zülmlə üzləşib" sərlövhəli məqaləsində yazıb.

Qeyd olunub ki, əsrlər boyu Azərbaycan xalqının paytaxtı olmuş Təbriz bu gün əhalisinin mütləq əksəriyyəti Azərbaycan Türklərindən ibarət Güney Azərbaycanın mədəniyyət paytaxtıdır. Ərazisi inzibati baxımdan İranın suverenliyi altında olmasına və fars dilinin burada sərbəst şəkildə anlaşılmasına baxmayaraq, əhalisinin əksəriyyəti öz ana dilində - azərbaycanca danışan Güney Azərbaycanın mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.

Yazıda Prezident Pezeşkianın mədəniyyət həftəsinin bağlanış mərasimində çıxışı zamanı dramatik məqamın yaşandığı diqqətə çatdırılıb. Belə ki Pezeşkian məşhur təbrizli şair, "Şəhriyar" ləqəbi ilə tanınan Məhəmmədhüseyn Behcət Təbrizinin xatirəsini onun Azərbaycan dilində qələmə aldığı "Heydərbabaya salam" poemasından bir neçə misra iqtibas etməklə anıb. Həmin an mərasimi təşkil edən rəsmilərdən biri dövlət başçısının çıxışını kəsərək ona şeiri Azərbaycan dilində deməmək barədə xəbərdarlıq edib. Pezeşkianın gülümsəyərək "Türkcə iki misra şeir oxumaqda problem yoxdur" cavabı tamaşaçıların alqışına səbəb olub. İsrailli professor yazısında İran prezidentinin söylədiyi misranı olduğu kimi - Azərbaycan dilində tərcüməsi ilə əks etdirib.

Məqalədə tədbirin vaxtilə Təbrizə səfəri zamanı ona qoşulmuş tamaşaçılarla birlikdə Azərbaycan dilində şeirlər oxumuş İranın keçmiş Prezidenti Mahmud Əhmədinecadın səfərini xatırlatdığına da diqqət çəkilib. Müəllif İranda Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirdə Prezidentə müdaxilə edilməyəcəyi halda tədbirin diqqətdən kənarda qala biləcəyini də kinayə ilə vurğulayıb.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.jpost.com/opinion/article-844092

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Mart 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri