Icma.az
close
up
RU
Donald Tramp Hindistan Pakistan münaqişəsini necə həll etdiyindən danışdı

Donald Tramp Hindistan Pakistan münaqişəsini necə həll etdiyindən danışdı

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Modi görünüşcə xoş adamdır, zahiri baxımdan xeyirxah ataya bənzəyir, amma o, son dərəcə amansız qatildir".

Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu sözləri ATEC sammitindəki çıxışı zamanı Hindistan-Pakistan münaqişəsini necə həll etdiyindən danışarkən səsləndirib.

"Gəlin, müharibə məsələsinə qayıdaq, bu, çox önəmlidir. Gəlin, Hindistan və Pakistanı götürək. Mən Hindistanla ticarət sazişi bağlayırdım. Bildiyiniz kimi, Baş nazir Modiyə böyük hörmətim və rəğbətim var, münasibətlərimiz əladır. Eynilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə, o da əla insandır.

Mən onların hər ikisini tanıyıram. Onlar iki nüvə dövlətidir və onlar həqiqətən savaşa gedirdilər. Mən Baş nazir Modiyə zəng etdim. Dedim ki, biz sizinlə ticarət sazişi bağlaya bilmərik. O dedi: "Yox-yox, biz ticarət sazişi bağlamalıyıq". Dedim: "Yox, bağlaya bilmərik. Siz Pakistana qarşı müharibəyə başlayırsınız. Biz bunu etməyəcəyik".

Sonra Pakistana zəng etdim. Dedim: "Biz sizinlə ticarət etməyəcəyik, çünki siz Hindistanla müharibə edirsiniz". Bilirsiniz ki, bunlar iki nüvə dövlətidir. Onlar dedilər: "Yox, yox, yox, siz bizi savaşmağa qoymamalısınız". Hər ikisi belə dedi. Onlar savaşırdılar. Sizə deyim ki, onlar möhkəm adamlardır.

Baş nazir Modi görünüşcə çox xoş adamdır. O, elə yumşaq danışır və zahirən də atanız kimi görmək istədiyiniz adama bənzəyir, amma o, qatildir, özü də son dərəcə amansızdır. O dedi: "Yox, biz savaşacayıq". Dedim: "Vau, axı bu tanıdığım həmin o adamdır. Amma iki gün sonra, - onlar yaxşı adamlardır, - zəng edib dedilər: "Biz başa düşürük" və döyüş əməliyyatlarını dayandırdılar. Sizcə, necə oldu? Məgər heyrətamiz olmadımı? Sizcə, Bayden bunu edərdimi? Mən belə düşünmürəm", - deyə ABŞ prezidenti söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri