Icma.az
close
up
RU
Həyəcan siqnalı: əmisiz xalasız nəsil formalaşır

Həyəcan siqnalı: əmisiz xalasız nəsil formalaşır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Dayı-xalanın, əmi-bibinin hər birinin olması üçün ailədə ən azı dörd uşağın dünyaya gəlməsi lazımdır. Ki, sabah bu uşaqlar böyüyüb ailə qurduqdan sonra onların qardaş-bacıları dünyaya gələcək övladlarının dayı-xalası, əmi-bibisi olsun.

Bu, lap əvvəllər idi, ailələrdə 3-11, hətta daha çox uşaq dünyaya gəlirdi. Aramızda 3-5 dayısı, 4-5 xalası, bu sayda, hətta bundan bir qədər az və çox əmi-bibisi ola yüzlərlə insan var idi. Bəs son illər necədir? Övladlarımızın hər birinin dayı-xalası, əmi-bibisi varmı? Biz onlardan nəyi əsirgəyirik, nələrin dadını dadmağı onlara çox görürük? Gələcək həyatlarında onları nə üçün tək qoyuruq?

Bütün bu qənaətlərə 26 iyulun Beynəlxalq Əmilər (dayılar) və Xalalar (bibilər) Günü olması ilə gəldim. Maraqlıdır, dayılar-əmilər və xalalar-bibilər günü... Bu xüsusi gün dayı-əmilərin və xala-bibilərin sevgi dolu münasibətlərini qeyd etməyə həsr olunub. Çünki onların hər biri uşaqların həyatında mühüm fiqurlardır və ailə bağlarının ayrılmaz hissəsidir.

Beynəlxalq Dayılar (əmilər) və Xalalar (bibilər) Günü insanları bu yaxınlarını xatırlamağa, onlara təşəkkür etməyə və münasibətləri möhkəmləndirməyə təşviq edir. Bu gün həm də dayı-əmi və xala-bibi olmağın nə demək olduğunu vurğulayaraq, sevgi və dəstəkləyici ailə mühitinin dəyərini özündə ehtiva edir. Dayı-əmilər və xala-bibilər uşaqların həyatına töhfə verir və onların böyümə prosesində mühüm rol oynayır. Məhz bu qiymətli münasibətləri xüsusi günlə qeyd etmək vacibdir.

Əlbəttə, hər bir uşağın həyatında dayı-əminin, xala-bibinin nə qədər böyük əhəmiyyətə malik olduğunun hər birimiz şahidi olmuşuq. Lakin gəlin, görək, bu sevgi dolu gündən dünyada və ölkəmizdə neçə uşaq məhrumdur? Və həmin günün sevincini dayı-əmisi, xala-bibisi ilə birlikdə yaşaya bilirmi?.. Kaş ki bunun da statistikası olardı, bəlkə rəqəmlər bizi qəflət yuxusundan oyadardı.

Bu gün bütün dünyada uşaq doğumu ildən-ilə azalır. Avropa ailələrində illər öncə 2-3 uşaq dünyaya gəlirdisə, artıq müasir dövrdə bu say 1-ə enib. Elə biz də qapılarımızı Avropanın üzünə taybatay açdığımızdan və onların ailə dəyərlərimizi yerlə yeksan edən “dəyərlərinə” boyun əydiyimizdən son 20-30 ildə ailələrimizdə uşaqların sayı azalmağa başladı. Sanki ailə quran cütlüklər qarşılarına məqsəd qoydular ki, bizim iki övladımız olmalıdır: biri oğlan, biri qız. Və zaman-zaman belə də oldu. İndi əksər ailələrdə yalnız iki uşağın doğulması mümkündür. O halda iki uşaqdan çox uşağı olan ailələr ola bilər ki, orada birinci qız doğulsun və oğlanın dünyaya gəlməsinədək bu proses davam etsin: məsələn, iki qız, bir oğlan. Bu da çox təsadüfi hallarda olur. Çünki USM müayinələri ildən-ilə daha da təkmilləşir və dölün cinsiyyətini daha dəqiq göstərməklə, valideynləri bu “problemdən” “xilas” edir.

Beləliklə, nə baş verir? Əlbəttə, biri qız, biri oğlan olan övladlarımızın gələcəkdə öz övladlarının əmi və xala problemi. Bəlkə də bu çoxları üçün adi görünə bilər. Bəlkə də “olur olsun, olmur da olmasın”,- deyib soyuqqanlıqla ötənlər də olar. Lakin məsələnin mahiyyətini dərk edəndə bunun əsaslı problem olduğunu anlamaq bir o qədər çətin deyil.

Biz övladlarımızı əmi və xala kimi yaxın qohumlardan məhrum edirik. Onların ətrafında doğma insanların azalmasına səbəb oluruq. Sabah dünyamızı dəyişəndən sonra onların tamamilə tək qalmasına bu gündən şərait yaradırıq. Axı əmi-xalalar hər zaman gənclərin yolgöstərəni olub, hər hansı çətinliklə qarşılaşanda ağsaqqal- ağbirçək kimi onlara müraciət edib məsləhət alıblar. Ən xüsusi günlərində onları yanlarında görüb, qayğısı, nəvazişi ilə böyüyüblər.

Bu gün bir oğlumuz və bir qızımız sabah bir-birinin övladlarının dayısı və bibisi olacaq. Bəs əmi və xala? Onlar kim olacaq?

Düşünürəm ki, bu barədə ciddi şəkildə fikirləşmək lazımdır. Buna müvafiq qurumların ailələrlə, xüsusilə analarla işini gücləndirməsi, maarifləndirməni artırması, bir də ən əsası, selektiv abortların ləğvi ilə nail olmaq olar.

Beləliklə, həyəcan təbili çalmaq lazımdır. Çünki ailədə iki uşağın olması, göründüyü kimi, gələcək genefonda vurduğu zərbələrlə yanaşı, həm də yeni bir nəslin formalaşmasına səbəb olur: əmisiz və xalasız nəslin.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri