Mbappe: “Biz sadəcə oynamaq istəmirik, qələbə qazanmaq istəyirik”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Real Madrid”in hücumçusu Kilian Mbappe “Barselona” ilə keçiriləcək “el klassiko” barədə danışıb.
İdman.Biz-in məlumatına görə, İspaniya Primerasının 10-cu turunun oyunu 26 oktyabrda “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
“Bu, hər kəsin görmək istədiyi bir matçdır. Klub səviyyəsində bundan xüsusi bir şey yoxdur. Bunu yalnız Çempionlar Liqasının vacib oyunu ilə müqayisə edə bilərik, amma La Liqada “Real Madrid” – “Barselona” matçı kimi bir şey yoxdur. Amma biz sadəcə oynamaq istəmirik, qələbə qazanmaq istəyirik”, - Mbappe Madrid klubunun rəsmi saytına deyib.
İspaniya çempionatının 10 turundan sonra “Real Madrid” 24 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” 22 xalla ikinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 24 Oktyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















