Icma.az
close
up
RU
Həyəcan siqnalları çalır: Baş rolda yenə ABŞ və Çin var

Həyəcan siqnalları çalır: Baş rolda yenə ABŞ və Çin var

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya, iqlim dəyişikliyi ilə mübarizədə daha bir kritik mərhələni geridə qoyub. 

Qaynarinfo-nun məlumatına görə, yeni yayımlanan hesabatda bildirilir ki, 2024-cü ildə planet atmosferinə daxil olan karbon qazı (CO2) miqdarı, 1957-ci ildən bəri aparılan müasir ölçmələr arasında ən böyük illik artımı göstərib. CO2 səviyyələri 2023-cü ildən 2024-cü ilə qədər 3,5 hissə/milyon (ppm) artaraq qlobal istiləşmənin sürətləndiyini bir daha nümayiş etdirib.

Dünya Meteorologiya Təşkilatının (WMO) açıqladığı bu nəticələr, CO2 səviyyələrinin nəzarət altına alınması ilə bağlı onilliklərdir səsləndirilən elmi xəbərdarlıqlara baxmayaraq, vəziyyətin əks istiqamətdə inkişaf etdiyini göstərir. Tədqiqatçılar bu rekord artımın əsas səbəbləri kimi bəşəriyyətin fosil yanacaqlardan imtina etməməsini, böyük meşə yanğınlarının çoxalmasını və okeanlar ilə meşələr kimi təbii karbon uducularının (CO2 tutucularının) zəifləməsini göstərirlər.

WMO-nun baş katibinin müavini Ko Barrett vəziyyətin ciddiliyini vurğulayaraq bildirib: "CO2 və digər istixana qazlarının tutduğu istilik iqlimimizi sürətləndirir və daha ekstremal hava hadisələrinə səbəb olur. Buna görə də emissiyaları azaltmaq yalnız iqlim üçün deyil, həm də iqtisadi təhlükəsizliyimiz və ictimai rifahımız üçün həyati əhəmiyyət daşıyır".

İstixana qazları radiasiyanı udaraq istiliyi saxlayır. Onların miqdarı artdıqca orta qlobal temperatur yüksəlir ki, bu da dəniz səviyyəsinin qalxması, hava dövrlərinin dəyişməsi və kənd təsərrüfatına zərbə kimi milyardlarla insanın həyatını təhlükə altına atan nəticələr doğurur. Atmosferdəki ümumi istilik təsirinin təxminən 80 faizinə CO2-nin səbəb olduğu qeyd olunur.

Atmosferdəki CO2 konsentrasiyası onilliklərdir davamlı şəkildə yüksəlir. 2024-cü ildə qeydə alınan 3,5 ppm-lik artım son onilliyin orta göstəricisi olan 2,57 ppm-dən xeyli çoxdur. 2024-cü ilin sonuna atmosferdəki ümumi CO2 konsentrasiyası təxminən 423,9 ppm təşkil edib ki, bu da sənaye öncəsi dövrlə (1750-dən əvvəlki) müqayisədə 152 faiz artım deməkdir. CO2 ilə yanaşı, metan (CH4) və azot oksidi (N2O) səviyyələrinin də rekord həddə çatdığı bildirilir.

2024-cü ildə insan mənşəli istixana qazı emissiyalarının təxminən 29,2 faizi Çinin, 11,1 faizi ABŞ-ın, 8,2 faizi isə Hindistanın payına düşüb. Çin və Hindistanın emissiyaları 2023-cü illə müqayisədə artdığı halda, ABŞ-da bu göstərici sabit qalıb.

Qlobal öhdəliklərə baxmayaraq, ən böyük çirkləndirici ölkələrin iqlim fəaliyyətləri hələ də kifayət qədər təsirli deyil. Müstəqil elmi layihə olan "Climate Action Tracker" hazırda Çinin səylərini "son dərəcə yetərsiz”, ABŞ-ın səylərini isə "kritik dərəcədə yetərsiz” kimi qiymətləndirir. Bu isə hər iki ölkənin iqlim hədəflərinə çatmaq üçün tələb olunan səviyyədən çox geridə qaldığını göstərir. Xüsusilə ABŞ-da prezident Donald Trampın Paris Sazişindən (ikinci dəfə) çıxmaq qərarı və neft-qaz kəşfiyyatı fəaliyyətlərini genişləndirmək istiqamətindəki bəyanatları qlobal səylərə zərbə vurub.

İnsanlar neft və təbii qaz kimi fosil yanacaqların istifadəsini azaltmaqla atmosferdəki istixana qazlarını birbaşa azalda bilərlər. Normalda Yer hər il buraxılan ümumi CO2-nin təxminən yarısını təbii karbon uducuları vasitəsilə mənimsəyir. Lakin WMO-nun hesabatı göstərir ki, bu təbii uducuların vəziyyəti təhlükə altındadır.

Planet isinməyə davam etdikcə, okean kimi uducular daha isti sularda qazların az həll olması səbəbindən daha az CO2 udacaq. WMO rəsmisi Oksana Tarasova quru və okean mühitlərindəki CO2 tutucularının getdikcə daha zəif təsir göstərməsinin qlobal istiləşməni daha da sürətləndirəcəyindən ciddi narahatlıq ifadə edib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri