Icma.az
close
up
RU
ABŞ iqtisadiyyatı niyə həyəcan təbili çalır?

ABŞ iqtisadiyyatı niyə həyəcan təbili çalır?

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, ABŞ-ın dövlət borcu 1981-ci ildə ilk dəfə 1 trilyon dollara çatmışdı. Hazırda isə bu rəqəm təxminən 40 dəfə artıb. Borcun sürətlə yüksəlməsində həm Donald Tramp, həm də Co Bayden administrasiyaları dövründə dövlət xərclərinin artması, vergi siyasəti və 2008-ci il maliyyə böhranı ilə COVID-19 pandemiyasına qarşı görülən tədbirlər nəticəsində artan borclanma əsas amillər sırasındadır.

Xüsusilə yüksək faiz dərəcələri vəziyyəti daha da çətinləşdirir. ABŞ hökumətinin borca görə faiz ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb və vergi gəlirlərinin təxminən 20 faizinə çatıb. Bu göstərici müdafiə xərclərindən də yüksəkdir.

Hazırda ABŞ dövlət borcu ölkənin iqtisadiyyatının təxminən 126 faizinə bərabərdir. Konqresin Büdcə Ofisinin proqnozuna görə, borcun 2036-cı ilə qədər təxminən 64 trilyon dollara  yüksəlməsi mümkündür.

Bununla belə, ekspertlər ABŞ-ın hələlik kritik vəziyyətdə olmadığını düşünürlər. Dünyanın ən böyük iqtisadiyyatına və qlobal ehtiyat valyutası olan dollara sahib olması Vaşinqtona digər ölkələrlə müqayisədə daha geniş manevr imkanları verir. Lakin investorların ABŞ dövlət istiqrazlarına marağının azalması risk yaradır. Bu isə hökumətin borc cəlb etmək üçün daha yüksək gəlir təklif etməsinə və nəticədə borclanma xərclərinin artmasına səbəb ola bilər.

İqtisadçılar xəbərdarlıq edirlər ki, ABŞ-da borclanma xərclərinin yüksəlməsi digər ölkələrə də təsir göstərə bilər. Bundan əlavə, yüksək faizlər ipoteka, avtomobil kreditləri və kredit kartlarından istifadə edən vətəndaşların xərclərini artıra bilər.

Ekspertlərin fikrincə, problemin həlli üçün iqtisadi artımın sürətləndirilməsi, vergi sistemində və dövlət xərclərində islahatların aparılması gündəmə gələ bilər. Lakin qarşıdan gələn seçkilər fonunda büdcə kəsirinin əhəmiyyətli dərəcədə azaldılması siyasi baxımdan çətin görünür.

İqtisadçılardan biri vəziyyəti "yanıb-sönən sarı işıq" kimi qiymətləndirib: təhlükə hələ kritik həddə çatmayıb, lakin ABŞ iqtisadiyyatında risklərin ciddi şəkildə artdığına dair siqnallar güclənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Avqust 2026 04:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri