Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Həyəcan, ümid və yeni başlanğıclar

Həyəcan, ümid və yeni başlanğıclar

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Yeni dərs ili başladı...

Bu il Bakıda neçə şagird və müəllim var?

Bu gündən etibarən küçələrdə məktəbli formaları geyinmiş şagirdlər, valideynlərin tələsik addımları və illərdir dəyişməyən doğma həyəcanı görürük. Çünki məktəb qapıları yenidən açılır. Bir tərəfdə ilk dəfə məktəbə qədəm qoyacaq balaca fidanların heyrətli baxışları, digər tərəfdə illərdir bu qapıdan keçən şagirdlərin tanış sevinci var. 15 sentyabr “Bilik günü” Azərbaycan üçün məhz belə duyğuların, ümidlərin və yeni başlanğıcların günüdür.

“Bilik Günü” təkcə dərs ilinin başlanması demək deyil. Bu gün həm də insanın gələcəyə doğru atdığı ilk addımların rəmzidir. Hər böyük arzunun, hər uğurlu gələcəyin arxasında vaxtilə bir məktəb partası, bir müəllim sözü, bir kitab səhifəsi dayanır. Bu baxımdan məktəb insan həyatında xüsusi yeri olan ünvanlardan biridir. Burada yalnız oxumaq və yazmaq öyrənilmir. Məktəb uşağa düşünməyi, sual verməyi, dinləməyi, dostluq etməyi, məsuliyyət daşımağı və ən əsası həyata inamla addımlamağı öyrədir. Bəzən isə müəllimin söylədiyi sadə bir cümlə şagirdin bütün həyatına istiqamət verir.

Bu baxımdan 15 sentyabrın hər bir ailə üçün özünəməxsus mənası var. İlk dəfə məktəbə gedən uşağın həyəcanı, övladının əlindən tutub məktəbə gətirən valideynin qüruru, sinif otağında şagirdlərini gözləyən müəllimin məsuliyyəti - bu mənzərənin hər detalında gələcəyə böyük bir ümid yaşayır.

2004-cü ilə kimi Azərbaycanda 1 sentyabr “Bilik günü” sayılırdı və dərslər həmin tarixdə başlayırdı. Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə imzaladığı fərmanla ölkəmizdə “Bilik günü”nün tarixi dəyişdirilib və 15 sentyabrda qeyd olunması qərara alınıb.

İlk dərs belə olacaq...

Bu il ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bu, Prezidentin müvafiq sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir. Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 043 uşaq cəlb olunub.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

DYP hərəkət iştirakçılarına müraciət edib

Yeni tədris ilinin başlanması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ) hərəkət iştirakçılarına müraciət edib. Bildirilib ki, tədris prosesinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artması, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranması gözlənilir:

“Belə şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir. Təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır”.

Qeyd edilib ki, valideynlər uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər.

Şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər.

Unutmayaq ki, valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlarımızdan qaydalara əməl etməyi tələb ediriksə, ilk növbədə bunu öz davranışımızla göstərməliyik.

“Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi yeni tədris ilinin ilk günlərindən yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırır. Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir”.

Məktəb çantası seçimi...

Yeni tədris ilinin başlaması ilə valideynlərin diqqət etməli olduğu məsələlərdən biri də məktəb çantasının düzgün seçilməsi və hazırlanmasıdır. Çanta yalnız kitab-dəftər daşımaq üçün deyil, uşağın gündəlik fiziki rahatlığı və düzgün duruşunun qorunması baxımından da əhəmiyyətlidir.

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin üzvü, fiziki tərbiyə müəllimi Leyla Məmmədova mediaya açıqlamasında bildirib ki, uşağın çantasının mümkün qədər yüngül olması vacibdir. Ümumi tövsiyə olaraq çantanın çəkisinin uşağın bədən çəkisinin təxminən 10 faizini keçməməsi məqsədəuyğundur. Məsələn, 30 kiloqram çəkisi olan uşağın çantası təxminən 3 kiloqramdan ağır olmamalıdır. Çantada yalnız həmin gün üçün lazım olan kitab, dəftər və digər ləvazimatlar olmalıdır. Uşaqlar bəzən əvvəlki günlərdən qalan kitabları, oyuncaqları, artıq dəftərləri, böyük su qablarını və digər əşyaları da daşıyırlar. Hər axşam dərs cədvəlinə uyğun olaraq çantanı yenidən hazırlamaqla artıq yükü azaltmaq mümkündür. Planşet və digər elektron cihazlar da yalnız lazım olduqda çantaya qoyulmalıdır. Çantanın necə daşınması da onun çəkisi qədər vacibdir. İki çiyin qayışından istifadə edilməli, qayışlar çox boş olmamalı, ağır əşyalar isə bel hissəsinə yaxın yerləşdirilməlidir. Çantanı daim bir çiyində daşımaq düzgün deyil.

“Ağır və düzgün daşınmayan çanta boyun, çiyin və bel nahiyəsində əzələ gərginliyinə və ağrıya, həmçinin düzgün olmayan bədən duruşuna səbəb ola bilər. Ağır çanta təkbaşına skolioza səbəb olmur, lakin mövcud onurğa problemləri zamanı narahatlığı artıra bilər. Uşaqda çiyin və kürək asimmetriyası, davamlı bel ağrısı və ya nəzərəçarpan duruş pozuntusu müşahidə olunarsa, həkim müayinəsindən keçmək tövsiyə edilir. Evdə də uşağın dərs çalışdığı yer düzgün təşkil olunmalıdır. Stol və stul uşağın boyuna uyğun seçilməli, ayaqları yerə rahat dayanmalı, işıqlandırma kifayət qədər olmalıdır. Həmçinin uzun müddət eyni vəziyyətdə oturmağın qarşısını almaq üçün fasilələrlə hərəkət etmək vacibdir. Sağlam məktəb həyatı yalnız dərslərlə deyil, düzgün çanta, düzgün duruş və kifayət qədər hərəkətlə başlayır”, - deyə L.Məmmədova əlavə edib.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Sentyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri