Icma.az
close
up
RU
Həyət evi olanlara pis xəbər Bu ərazilərdə kompensasiyasız söküntü başlayır

Həyət evi olanlara pis xəbər Bu ərazilərdə kompensasiyasız söküntü başlayır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ekspertlərin fikrincə, bəzi hallarda bu evlərə çıxarış verilməsi mümkün olsa da, çoxu üçün bu, artıq real görünmür. Xüsusilə özbaşına, qanunsuz şəkildə inşa edilmiş, təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzədir. İddialara görə, bu evlərin heç bir sənədi olmadığı üçün dövlətdən kompensasiya ala bilməyəcəklər. Məsələ ilə bağlı son qanunvericilik dəyişiklikləri və dövlətin sərtləşən nəzarət mexanizmləri problemin nə qədər ciddi olduğunu göstərir.

Doğrudanmı vətəndaşlar qanunsuz tiklilərə görə sənəd və kompensasiya ala bilməyəcəklər?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, bələdiyyə sənədi olan evlərə çıxarış verilməsi ehtimalı yüksəkdir.

Onun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunmuş sənədsiz, amma bələdiyyə sənədi olan evlərin tanınması mümkündür:

“2007-ci ildən sonrakı evlərin sənədləri də ayrıca araşdırılacaq. Əgər həmin evlər neft yataqları üzərində, dövlət mühafizə zonasında və ya hərbi-sənaye təyinatlı ərazilərdə yerləşmirsə, çıxarış verilməsi mümkündür. Bu ərazilərə misal olaraq SOCAR-ın torpaqları, dəmir yolu xətləri və ya hərbi obyektlər yaxınlığında yerləşən sahələr göstərilə bilər. Belə yerlərdə yerləşən evlərə çıxarış verilməyəcək. Amma bəzi ərazilərdə – məsələn, Dərnəgül və Binəqədi kimi ərazilərdə xüsusilə də dəmir yolu mühafizə zonalarında gecəqondu şəklində, özbaşına tikilmiş evlərə çıxarış verilməsi mümkünsüzdür. Həmin evlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt olunmuş torpaqlarda tikilib. İnsanlar bu evlərə ya aldanaraq köçür, ya da qanunsuz yollarla məskunlaşırlar. Vətəndaşlar çox vaxt səriştəsiz maklerlərin və işbazların qurbanına çevrilir”.

M.Rüstəmov vurğulayıb ki, dövlət bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoyub:

Həmçinin oxuyun:

Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…

Mülkədar Rüstəmov

“Özbaşına tikilmiş və torpaq çıxarışı olmayan evlərə heç bir güzəşt tətbiq olunmayacaq. Hətta yaxın gələcəkdə bu tikililərin kütləvi şəkildə sökülməsi də gözlənilir. Artıq bəzi ərazilərdə söküntülərə başlanılıb. Qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabrında qəbul olunan fərmana əsasən, çıxarışı olmayan evlərə sayğacların (işıq, su, qaz) quraşdırılması qadağan olunub. Bu da hökumətin qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirdiyini göstərir. Hazırda yalnız Bakı şəhərində 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu rəqəm daha yüksək ola bilər, çünki bir çox evlərdə sayğac yoxdur və statistika əsasən sayğaclara görə aparılır. Üstəlik, bəzi hallarda bir sayğacdan bir neçə ev istifadə edir. Bu tikililər Bakının şəhər planlaşdırmasına da ciddi təsir göstərir. Şəhərin infrastrukturu – xüsusilə kanalizasiya və kommunikasiya xətləri bu qədər sıxlığı daşıya bilmir. Payız və qış aylarında yağıntılar zamanı boruların dolması və daşması artıq adi hala çevrilib. Çünki bu infrastruktur həmin məskunlaşma sıxlığına uyğun inşa edilməyib”.

Müsahibimiz deyib ki, son illərdə xüsusilə Xəzər rayonunun Binə qəsəbəsində kütləvi məskunlaşma müşahidə olunur:

“İşbazlar burada özbaşına tikililər inşa edir və sakinlərə evləri “çıxarış olacaq” vədi ilə satırlar. Lakin dövlət artıq vəziyyəti nəzarətə almağa başlayıb və bu ərazilərdə sənədsiz evlərin taleyi demək olar ki, həll olunma mərhələsindədir. Sonda qeyd edim ki, sənədi olan və hüquqi əsaslarla inşa edilmiş evlərin sahibləri üçün hələlik təhlükə yoxdur. Amma qanunsuz, sənədsiz və təhlükəli zonalarda inşa edilmiş evlərin sökülməsi artıq sadəcə ehtimal deyil, real prosesə çevrilmək üzrədir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Avqust 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri