Icma.az
close
up
RU
Heyif səndən ey dünya… FELYETON

Heyif səndən ey dünya… FELYETON

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paltar çox vacib amildir, bunu bilirik. Lakin onu da bilirik ki, içindəkinə əsla təsiri yoxdur. İstəyirsən zər-ziba geyin, nəsənsə, osan. Dəyişməyəcəksən. İstəyirsən də ən ucuzlu, dəbsiz bir paltar geyin, yenə də dəyişməyəcək, əgər içindəki dəyərli insandırsa. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar deyiminin də elə bu mənada yarandığı sözsüzdür. Lakin nə məsələdirsə, “nə geyinim?” dərdi həmişə insan övladının elə birinci dərdi-səri olub. Yox, deyəsən burada bir az səhv etdim. Çünki ta indi “nə geyinim?” dərdi yoxdur, səbəbi son zamanlar əksər insanın geyinməkdən çox soyunmağa üstünlük verməsidir.

Məsələn, vaxt var idi ki, kişilər şalvar geyinərdilər əyinlərinə. Bu məqamda “Kəlilə və Dimnə” kitabından belə bir hekayəti də xatırlamaq yerinə düşər. Çox qısa söyləyəcəyəm. Qədim zamanlarda belə bir hadisə olub ki, hansısa mahalda gecə qapı döyülərmiş, evin kişisi qapını açar, bununla da yoxa çıxarmış. Sabahı gün məlum olarmış ki, filankəs gecə yoxa çıxıb. Həmin qapı döymələr davam edir. Beləliklə, günlərdən birində bir kişinin də qapısı döyülür və o, başqalarından fərqli olaraq evinə qayıdır, yoxa çıxanlardan olmur. Səbəb bu olur ki, o biri kişilər gecə qapıları döyüləndə qapıya paltarsız çıxırmışlar, lakin bu kişi qapının fasiləsiz döyülməsinə baxmayaraq paltarını geyinir ki, birdən olar, təcili hara isə çağırarlar, qoy hazırlıqlı olum. Bu yüksək keyfiyyəti onu ölümün pəncəsindən qurtarır. Həmin kişini aparıb özündən əvvəl qapıya çılpaq çıxan kişilərin hansı işgəncələrə məruz qaldıqlarını göstərib sonra evinə qaytarırlar.

Hə, deməli, paltarın belə önəmli çağları da olub. İndi kişilər var ki, nəinki gecə, günün günorta çağında paltarsız gəzirlər. Qısa şortlar, qolsuz köynəklər, vəssalam. Adı da ya dəbdir, ya da istidir... Qaldı qadınlarımıza, Həzrəti Məhəmməd peyğəmbərin, qadın elə geyinməlidir ki, bədən cizgiləri bilinməsin, buyurmasına baxmayaraq indi əksər qız-qadınlarımız da kişilər kimi bir qarış paltarla kifayətlənirlər. Qısa ətək, qısa şort, şalvarda baldırdan başlayan iri kəsiklər, qısa köynəklər onların qarın-başını, qıç-qolunu qoyub bayırda. Çıxdınmı küçəyə, vəssalam. Film başlayır. Əvvəllər belə filmlərə tamaşa etmək üçün gərək vaxt ayırardın, gedib bilet alardın, əziyyət çəkib nə qədər yol gedib kinoteatrda film izləyərdin. Lakin indi buna əsla ehtiyac yoxdur. Çıx küçəyə, başla tamaşaya. Ey fani dünya. Sən bu günlərəmi qalacaqdın? Heyif səndən. Səni niyə bu günə saldılar? Kimlər saldı, niyə saldı, nə məqsədlə saldı, bilmirəm, amma heyif səndən. Heyif səndən keçən kişilərdən ki, qız-qadın yanında qıç-qollarını çırmayıb dəstəmaz almazdılar ki, ayıbdır. Heyif o kişilərə ki, çöldə ot biçəndə, əkin əkəndə istidən bişsələr də, köynəklərini çıxarmazdılar ki, birdən yan-yörədə qız-gəlin olar.

Heyif səndən ey dünya, sən nə üçün bu günlərə qaldın? Heyif səndən keçən qadınlara ki, ətəyi dabanında, köynəyinin qolu əlinin üstündə bitərdi, yad kişi görəndə yaşmağı gözlərinin altınadək qaldırardı. Heyif... Zaman keçib, dünya dəyişib, müasirləşib. Çox heyif ki, biz insanlar da kişili-qadınlı çox dəyişmişik, çox da “müasirləşmişik”...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyul 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri