Icma.az
close
up
RU
Heyvan ətlərinə baytarlıq damğasının vurulması regionlarda müəyyən problemlər yarada bilər AÇIQLAMA

Heyvan ətlərinə baytarlıq damğasının vurulması regionlarda müəyyən problemlər yarada bilər AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Heyvan ətlərinin, quş ətlərinin baytarlıq ştampları ilə nişanlanıb satılması təqdirəlayiq addımdır. Bu, çoxdan olmalı idi".

Bu fikirləri Redaktor.az-a qida eksperti İlkin Şirinov Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanmasının məcburi olacağından danışarkən bildirdi.

"Bu, küçə satışında ət və heyvan mənşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasına kömək edəcək. Heyvan ətinin üzərində baytarlığın hər hansısa bir nişanı, ştampı yoxdursa, deməli, bu əti almaq və istifadə etmək məqsədəuyğun deyil. Addım bəyənilən addımdır və əsas məqsəd insanların sağlamlığının qorunmasıdır", - deyə o qeyd etdi.

Ekspertin fikrincə, regionlarda müəyyən problemlər yaşana bilər:

"Nəzərə alsaq ki, bu gün şəxsi təsərrüfatlarda heyvanlar kəsilir, quş ətləri və heyvan ətləri satılır, burada baytarlıq nəzarətinin edilməsi çətinlik yarada bilər. Çünki kəndlərdə heyvan kəsim məntəqələri yoxdur. Kəndlərdə müəyyən adamların həyətlərində, şəxsi təsərrüfatlarda heyvanlar kəsilir və paylanılır, əti satışa çıxarılır. Burada hər hansısa bir baytarlıq ştampının olması, həkim nəzarətində olması, sanitar-gigiyenik normalara riayət olunması məsələsi bir az çətinliklər yaradır. Bu, hardasa təsərrüfat sahiblərində bir balaca narazılıq yarada bilər.

Bunun üçün rayonlarda beş-on kəndin mərkəzləşmiş bir kəsim məntəqəsi olarsa, heyvanlar orada sanitar-gigiyenik qaydalara əməl olunmuş vəziyyətdə kəsilərsə, təbii ki, bu, müsbət hal kimi qiymətləndirilə bilər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri