Icma.az
close
up
RU
HEYVANDARLIĞA BÖYÜK TƏHLÜKƏ: xüsusi yetişdirilən milyonlarla milçək təyyarələrdən havaya buraxılacaq Bu, qarşısını alacaqmı?

HEYVANDARLIĞA BÖYÜK TƏHLÜKƏ: xüsusi yetişdirilən milyonlarla milçək təyyarələrdən havaya buraxılacaq Bu, qarşısını alacaqmı?

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika qitəsində heyvandarlıq və onun gələcəyi üçün böyük təhlükə yaranıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, ABŞ Meksika sərhədi boyunca gözlənilən ciddi bioloji təhlükəyə qarşı maraqlı həll yolu tapıb.

Məlumata görə, ölkə milyonlarla xüsusi növ milçək yetişdirmək və onları təyyarələrdən havaya buraxmaqla heyvandarlıən gələcəyi üçün yaranmış təhlükəni önləmək istəyir.

Xəbərdə deyilir ki, bu, fəlakət ssenarisi kimi səslənsə də, plan mal-qara təsərrüfatını məhv etmək riski olan "ətyeyən milçək sürfələr"inin istilasına qarşı effektiv müdafiə kimi qiymətləndirilir: "Təhlükə Cochliomyia hominivorax milçək növünün "Yeni Dünya vida" adı verilmiş  qurdlarıdır. Bu milçəklər yumurtalarını mal-qaranın, xüsusən də inəklərin, atların və ev heyvanlarının açıq yaralarına qoyurlar. Türlər  12-24 saat ərzində yumurtadan çıxır və sürətlə heyvanın canlı toxumalarını yeyərək dərin və ölümcül yaralar açırlar. Əgər bu, tezliklə aşkarlanıb  müalicə edilməzsə, heyvan bir-iki həftə ərzində ölür".

Məlumata görə, bu zərərverici 2023-cü ildən Panama, Kosta-Rika, Honduras, Qvatemala, Nikaraqua, Beliz və El Salvadora yayılıb: "Onun 2024-cü ilin noyabrında Meksikanın cənubuna "gəliş"i ABŞ Kənd Təsərrüfatı Departamentini ciddi narahat etməyə başlayıb. Məhz bu səbəbdən sərhədboyu heyvan ticarət bazarları qapadılıb, əlavə sərt nzibati tədbirlər görülüb. Lakin bu, kifayıt etmir. ABŞ alimləri bu təhlükəyə qarşı müxtəlif mübarizə üsulları hazırlayıb. Onların ən təsirlisi isə "steril erkək milçəklər"in yetişdirilməsi layihəsidir. Artıq bu, layihəyə icraya yönəldilib. Tezliklə milyonlarla milçək növü təyyarələrdən Meksika sərhədi boyunça buraxılacaq. Mütəxəssislər hesab edir ki, döllənməmiş yumurta istehsal etmək üçün bunlar vəhşi dişilərlə cütləşəcək. Dişilər yalnız bir dəfə cütləşdikləri üçün məhv olaacq və bununla da təhlükəli milçəknövünün kökü kəsiləcək".

Məlumatda o da xatırladılıb ki, ABŞ bu strategiyadan 1960-1970-ci illərdə uğurla istifadə edib: "O vaxtı Panamada həftədə 100 milyon steril milçək istehsal edə bilən istehsal müəssisəsini də amerikalılar qurub. İndisə ABŞ bunun daha müasir formasını Texasda - Meksika sərhədi yaxınlığında tikir. Təbii ki, 300 milyon dollara başa başa gələcək yeni milçək istehsalı müəssisəsi ilə epidemiyanı gözardı etmək olmaz. Hazırkı təhlükəyə qarşı əlavə nəzarət tədbirləri də görülmçəlidir. Xüsusilə heyvanların açıq yaralarını başlı-başına buraxmaq olmaz, onu drəhal müayinə və müalicəsi olmalıdır. Əks halda bir il içində bu təhlükə bütün dünyanı sarıya bilər."

Entomoloq doktor Phillip Kaufmanın sözlərinə görə, bu növ Qərb yarımkürəsindəki digər milçəklərdən fərqli olaraq ölülərə deyil, canlı toxumalara hücum edir: "Sürfələr iti çənə qarmaqları ilə canlı toxumaları deşərək qidalanırlar. İnkişafını tamamladıqdan sonra yetkin milçəklərə çevrilirlər. Qaldı yeni istehsal olunacaq milçəklərə, onlar, yəi "steril milçəklər" pupa mərhələsində qamma şüalarına məruz qalaraq sterilizasiya edilir. Bu milçəklər daha sonra kondisionerli konteynerlərdə təyyarələrə yüklənir və kənd və ya az məskunlaşan ərazilərə buraxılır. Bu milçəklər insanlar və şəhərlər üçün heç bir təhlükə yaratmır".

Məlumatda o da deyilir ki, təhlükə saçan milçəklə ev heyvanları ilə yanaşı, çöl heyvanlarına da, o cümlədən quş və gəmiricilər kimi vəhşi heyvanları da təhdid edir: "Bu da onların təhlükə sferasını tam şəkildə izləməyi çətinləşdirir. Fakt budur ki, indiyədək 50 minə yaxın fakt aşkarlanıb. Lakin bunun daha çox olduğu sirr deyil".

Samir MUSAYEV
MİA.AZ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 İyul 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri